Bütün xəbərlər
Qurban Qurbanov: "Arsenal"la oyun bizim üçün böyük təcrübə oldu"
Tarix: 05-10-2018 11:25 | Bölmə: Müsahibə

                      

"Arsenal"la oyun bizim üçün böyük təcrübə oldu".
Trend-in məlumatına görə, bunu UEFA Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Arsenal" oyunundan (0:3) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov qeyd edib: "Məğlub olsaq da, bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi".
Baş məşqçi futbolçularına təşəkkürünü bildirib: "Azarkeşlərimizə də “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçün böyük təcrübə oldu".


Baxış sayı: 728


Bölməyə aid digər xəbərlər