Bütün xəbərlər
Deputat oğluna vəzifə verildiyini təsdiqlədi
Tarix: 29-08-2019 15:14 | Bölmə: Gündəm

                 Deputat oğluna vəzifə verildiyini təsdiqlədi


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deputat Flora Qasımovanın oğlu, polis polkovniki Elsevər Mirzəyevə yeni vəzifə verib. Nazirin əmri ilə E.Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Deputat Flora Qasımova Azvision.az -a açıqlamasında məlumatı təsdiqləyib. Millət vəkili oğluna göstərdiyi etimada görə, Vilayət Eyvazova təşəkkürünü bildirib: 
"Cənab nazir hara təyin etsə, oğlum orada ləyaqətlə işləməlidir. Təyinatından asılı olmayaraq, hər kəs kimi, mənim oğlum da işini ləyaqətlə görməlidir".
Qeyd edək ki, E.Mirzəyev Milli Qəhrəman Şirin Mirzəyevin və deputat Flora Qasımovanın oğludur. 


Baxış sayı: 696


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı