Bütün xəbərlər
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır -TƏBRİK EDİRİK!
Tarix: 25-08-2019 11:17 | Bölmə: Gündəm

Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.
      Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir.
Birinci vitse-prezident Mehriban Əliyeva  öz fəaliyyətində sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşır."Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq".
          Birincivitse-prezidentMehriban Əliyeva qeyd edir ki, qarşıda duran məsələlərin həlli üçün bütün lazımi addımlar atılır, bütün lazımi tədbirlər həyata keçirilir. O, bu işdə iş adamlarının da rolunu, zəhmətini diqqətə çatdırır. " Çox xoşdur ki, dövlətlə yanaşı, biznes strukturları da, iş adamları da bütün cəmiyyətimiz üçün vacib olan bu problemə biganə qalmayıb və onlar da bu ağır problemin həllinə öz töhfələrini verməkdədirlər. Mən hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən biznes strukturları, iş adamları, özəl sektor sosial məsuliyyət haqqında ciddi düşünməli və cəmiyyətimizi narahat edən problemlərin həllində fəal iştirak etməlidirlər. Xüsusilə də onlar bizim hər birimiz üçün ən ağır problem olan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq işində iştirak etməlidirlər.
 Ümidvaram ki, digər iş adamları, ölkəmizdə fəaliyyət göstərən digər biznes strukturları da gələcəkdə bu təşəbbüsə qoşulacaqlar. Bu, bizim cəmiyyətimizin birliyinin göstəricisidir, eyni zamanda, Azərbaycanın ən gözəl ənənələrindən biri olan xeyriyyəçilik ənənəsinin davamıdır".
      Hörmətli Mehriban Əliyevanı doğum günü-55 illik yubileyi münasibətilə təbrik edirik, ona can sağlığı, çətin və şərəfli işlərində uğurlar arzulayırıq!
Şiraslan Orucov, Qədili Ticarət Mərkəzinin icraçı direktoru



Baxış sayı: 1 929


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı