Bütün xəbərlər
Prezidentin köməkçisi, professor Əli Həsənova doğum günü təbriki
Tarix: 10-03-2019 21:51 | Bölmə: Gündəm

 
                      


Hörmətli Əli müəllim!
Sizi doğum gününüz münasibətilə təbrik edirəm! Can sağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram!
Hörmətli Əli müəllim! Son zamanlar Prezident İlham Əliyevin Azərbaycan vətəndaşları ilə görüşləri, onların şikayət məktublarını birbaşa prezidentimizin özünün toplaması həm Azərbaycan, həm də regionumuzun bütün ölkələri üçün böyük nümunədir. Prezidentimiz özünün bu nümunəsi ilə bir daha sübut edir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Arzu edirəm Prezidentimizin gördüyü bu gözəl işlərə bütün məmurlarımız böyük dəstək versinlər!
Bütün Azərbaycan xalqı bilir ki, Prezidentimiz dəfələrlə bəyan edib ki, “xalqın ən böyük xidmətçisi mənəm, məndən nümunə götürün!” Arzu edirəm məmurların hamısı Prezidentimizdən nümunə götürərək “xalqımızın xidmətçisi olsunlar”!
Prezidentimiz xalqla və mədəniyyət işçiləri ilə görüşlərində bəyan etdi ki, “mənə çatan bütün müraciətlər müsbət həll olunur”. Arzu edirəm Siz Prezidentimizə ünvanlanan müraciətlərin ona çatdırılmasına və obyektiv məruzə olunmasına birbaşa yardımçı olasınız!
Arzu edirəm Siz təşəbbüskar insanların, dövlətimiz uğrunda çalışan insanların və xalqımızın Prezidentimizin ətrafında daha sıx birləşməsinə yardımçı olasınız!
Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edirəm! Çətin və şərəfli işinizdə uğurlar arzulayıram!
 
Professor Qüdrət İsaqov 


Baxış sayı: 599


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı