Bütün xəbərlər
Milli Məclisə növbədənkənar seçkilərin - Təqvim planı
Tarix: 07-12-2019 14:49 | Bölmə: Gündəm

                    Milli Məclisə növbədənkənar seçkilərin

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.
"Qafqazinfo" xəbər verir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, prezident İlham Əliyevin 5 dekabr tarixli sərəncamına əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2020- ci ilin fevralın 9-da keçiriləcək. Təqvim Planına əsasən, namizədlərin irəli sürülməsi prosesi də artıq başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.


Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı