Bütün xəbərlər
Təhsil naziri BDU-nun bir qrup əməkdaşını yubiley medalı ilə təltif edib
Tarix: 26-11-2019 13:41 | Bölmə: Gündəm

         Təhsil naziri BDU-nun bir qrup əməkdaşını yubiley medalı ilə təltif edib

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 iliiyi münasibəti ilə universitetin bir qrup əməkdaşının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən, elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.


Baxış sayı: 628


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı