Bütün xəbərlər
Məzahir Pənahovun qardaşına vəzifə verildi
Tarix: 09-10-2019 18:04 | Bölmə: Gündəm

                     


Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.
Yeniavaz.com xəbər verir ki, Universitetdən "Report"a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.
Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.
BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Şahin Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. 


Baxış sayı: 627


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı