Bütün xəbərlər
Futbolçu bir qola görə avtomobil qazandı - FOTO
Tarix: 01-09-2019 13:07 | Bölmə: Digər



Rusiya Premyer Liqasında çıxış edən "Axmat"ın futbolçusu Bernard Berişa avtomobillə mükafatlandırılıb.
"Qazeta.ru" xəbər verir ki, bu barədə klubun prezidenti Maqomed Daudov "İnstagram" səhifəsindən açıqlama verib.
O, bildirib ki, Rusiya Premyer Liqasının "Tambov"la oyunundan (1:1) sonra qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qola imza atan Berişa klubun əsas sponsoru, Çeçenistanın keçmiş Prezidenti Əhməd Kadırovun adını daşıyan fond tərəfindən avtomobillə mükafatlandırılıb.
Qeyd edək ki, Kosovo millisinin üzvü olan Berişa 2017-ci ildən "Axmat"ın şərəfini qoruyur.
https://www.instagram.com/p/B116oyjFp2a/?utm_source=ig_web_copy_link

     









Baxış sayı: 532


Bölməyə aid digər xəbərlər