22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Hər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportaj
Tarix: 20-10-2023 08:42 | Bölmə: Sosial
“Xuraman müəllimənin oğlu idi, bu binada yaşayırdı... 9-cu mərtəbədə...”, - qonşu uşaq şəhid mənzilini nişan verir.
Əslində heç nişana ehtiyac yoxdur, binanın girişinə sancılmış üçrəngli bayraq artıq həm də şəhid evlərinin simvoludur. Dəhlizin önündə isə fotodan gülümsəyən simanı tanıyırıq – sentyabrın 20-də dəfn olunan 8 şəhid polisdən biri - Çevik Polis Alayında xidmət edən Rasim Məmmədov...
O, işğaldan azad olunan torpaqlara polis əməkdaşı kimi ezam olunmuşdu. Sabaha-inamla.az xəbər verir ki, şəhidin həyat yoldaşı Nigar Məmmədovanın “Qafqazinfo”ya bildirdiyinə görə, həmişə hər yerə tələsən Rasim sonuncu dəfə sentyabrın 18-də evə tələsik gəlmiş, lazım olan əşyalarını toplamış, yalnız anası və övladları ilə sağollaşa bilmişdi.
Nigar xanım göz yaşlarını içində gizlətsə də, nə qədər özünü tox tutmağa çalışsa da, Rasimlə bağlı xatirələrini dilə gətirərkən özünü saxlaya bilmir. Onların 12 illik birgə həyatlarına o qədər acılı-şirinli xatirələr sığışıb ki... Sanki, 100 il birlikdə yaşayıblar: “2011-ci ilin 21 mayında tanış olmuşduq. İlk görüşdə bir-birimizi o qədər bəyənmişdik ki. Film kimi yəni... Bir-birimizə aşiq olmuşduq. Cəmi 2 ay sonra toyumuzu təyin etdik...
Çox yaxşı insan idi, yoldaş idi, ata idi. O evdə olanda elə bilirdim nəfəs alıram, hər şey yaxşıdır, mənə heç nə ola bilməz. Bəzən gecə növbəsində qalırdı, elə bil evdə nəsə çatmırdı. Həmişə deyirdim ki, mən sənsiz nəfəs ala bilmərəm. Artıq 26 gündür ki, nəfəs alıram... Allah yəqin ki, bunun səbrini verirmiş. Biz 12 il evli olduq, bu illər ərzidə o qədər şey yaşadıq, şirinli-acılı... Evlənəndə deyilən kimi, “kasıblıqda, varlılıqda, sağlıqda, xəstəlikdə...” Biz hər şeyi yaşadıq. İnanın, bir az başım ağrıyan kimi başımda pərvanə olurdu. Elə bil üstümdə əsirdi ki, mənə bir şey olar...”
Otaqda şəhidin fotoları, əşyaları, forması olan guşə var. Məzarından götürülmüş torpaq və şəhid olan anda dayanmış qol saatı diqqətimizi çəkir. Nigar xanım deyir ki, düz 12 ildir Rasim axşam saat 8-də işdən gəlirdi. İllərdir vərdiş etdiyi kimi hər saata baxanda gözləri 19:45-i görür. Düşünür ki, Rasim 15 dəqiqəyə çatacaq, hər şey hazır olmalıdır...
.jpg)
“Həmin gün günorta evə gəlmişdi, əşyalarını götürməyə. Məndən yazıb əşyalarının yerini soruşurdu, dedi ki, narahat olma, götürüb çıxıram. Demədi ki evdədir, bilirdi desə qaça-qaça gələcəyəm. Yaxşı ki, heç olmasa, anası ilə, uşaqları ilə görüşə bilib. Təsəvvür edin, 12 ildir ən xoşuna gəlmədiyi şey videozəng idi. İlk dəfə həmin gün mənə videozəng elədi. Mən onu görəndə başladım ağlamağa. Əvvəlcə ciddi idi, sonra başladı gülməyə, qoşulub bir-birimizə güldük. Elə gözəl də gülüşü var idi... Söz verdi ki, qayıdacaq. Bir də dedi “özündən muğayat ol”. O sözü mənə heç vaxt deməmişdi...”
Həyat yoldaşının şəhid xəbərini ona deməyə heç kəs ürək eləməyib. Əvvəlcə yaralı olduğunu söyləyiblər: “Səhərə qədər dua elədim ki, təki sağ olsun. Ayağı olmasın, əli olmasın. Ona ayaq da olaram, əl də olaram. Ən azı nəfəsi olsun...
...Evdə hər yerdə işıqları yandırıram, amma ev işıqlanmır. Bütün pəncərələri açıram, elə bil hava yoxdur. O yoxdur deyə elə bil heç nə yoxdur, bu evin hər şeyi o imiş, nəfəsi o imiş... 12 illik həyatımızda, bəlkə də, həyatımın sonuna qədər yaşaya biləcəyim ən gözəl həyatı yaşatdı mənə. Bizim bu dördbucağımız yəqin ki, mənim də ömrümün axırına qədər gedəcək”.
Şəhid yükünün ağırlığı atası Oktay Məmmədovun çiyinlərinə çöküb. Danışmaq nə qədər ağır olsa da, oğlu ilə bağlı ən gözəl və həm də ən ağır xatirələrini dilə gətirir. Deyir ki, onu şəhid olandan sonra daha yaxından tanıyıb: “Belə bir vətənpərvər ailədə böyüyən övlad ancaq şəhid ola bilərdi. Şəhid olandan sonra komandiri mənə özü göstərdi ki, o necə şən imiş, ətrafı ilə necə münasibətdə olub. Mən ona da dedim, hələ bu yaşacan görməmişdim ki, oğlum ətrafı ilə belə münasibətdə olsun. Özüm onu indi tanımağa başlamışam...Bunları gördükcə bir tərəfdən kədərlənirəm, bir tərəfdən də fəxr edirəm ki, mənim oğlum öz valideynlərinə layiq övlad kimi böyüyüb”.

Şəhid atasının oğluyla evdəki sonuncu dialoqu isə dərsliklərə salına biləcək örnəkdir: “Bundan əvvəl də 2-3 dəfə işğaldan azad olunmuş ərazilərə gedib. Axırıncı dəfə sentyabrın 19-da getdi. Getməmişdən qabaq gecə yanıma gəldi. Mən ona ürək-dirək verdim. Dedim, “oğul, qorxma, get. Bu bizim son döyüşümüz olacaq, Xankəndiyə bayraq sancacağıq. İnsan qorxanda onun başına iş gəlir. Mərd ol, özünü qoru, sağ-salamat geri qayıt!”. Onu belə yola saldım. Bir də axırıncı dəfə axşamüstü, saat 4 ya 5 olardı, telefonla söhbət elədik. Dedi “danışa bilmirəm, yol gedirik”. Bu sonuncu söhbətimiz oldu”.
Rasimi qonşuluqda Xuraman müəllimənin oğlu kimi tanıyırlar. O, Xətai rayonunda anasının çalışdığı 254 nömrəli məktəbi bitirib. Daha sonra Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb və Tovuz qarnizonunda hərbi xidmətdən sonra polis əməkdaşı kimi kimi fəaliyyətə başlayıb.
Xuraman Məmmədova deyir ki, övladı həm məktəbdə oxuduğu müddətdə, həm də ondan sonra ailəsini utandıracaq heç bir hərəkət etməyib. Həmişə onların başını uca edib: “Bu hadisələr baş verənə qədər mən elə bilirdim ki, Rasim bizim ailənin övladıdır, amma onun dəfn mərasimində izdihamı görəndən sonra anladım ki, oğlum Azərbaycan xalqının övladıdır. Bir övlad kimi başımızı aşağı edən, utandırıcı hərəkəti olmayıb. Onun haqqında keçmiş zamanda danışa bilmirəm.
Mən həmişə şəhid ailələrini dəvət edib məktəbdə tədbirlər keçirmişəm. İndi həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər. Mən həmişə millətimizin balalarını sinəmə sıxmışam, onlara dəstək olmuşam. İndi Rasim bizim boynumuza çox ağır yük qoyub gedib. Oğlumun iki övladı bizə yadigar qalıb. Mən Rasimin iyini onlardan almağa çalışıram”.
.jpg)
Xuraman xanım deyir ki, oğlunun şəhidliyindən sonra yuxusu da ərşə çəkilib. Hər gün o ümidlə yatır ki, bəlkə Rasim yuxusuna girər: “Yatıram ona görə ki, bəlkə, yuxuma gələr. Hər səhər duranda deyirəm, ay bala, yenə yuxuma gəlmədin. Qohumlardan kimin yuxusuna gəlibsə, hamısına deyib ki, anam qoy ağlamasın.
Axırıncı dəfə getməmişdən əvvəl gəldi, görüşdü. Ananın övladına ürək sözü nə ola bilər ki, dedim, ehtiyatlı olun. Dedi “neçə dəfə gedib-gəlmişik, bu dəfə də gedib gələcəyik, ürəyini buz kimi saxla”.
Rasim Məmmədov dediyi kimi qayıtdı, vədinə əməl etdi. Amma daha uca adla, Azərbaycan bayrağına bükülmüş şəhid kimi...
İndi ondan qoyub getdiyi xatirələrlə bərabər iki övladı – 12 yaşlı Rüstəm və 8 yaşlı Rəsul yadigar qalıb. Atalarının şəhadətini tam anlamasalar da, onun bundan sonra haradasa ucalıqda, yüksəkdə olduğunu dərk edirlər.
Gülnar Əliyeva
Foto-video: Pərvin Zeynal

Baxış sayı: 603
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi