15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
12:44 / 09-09-2026
Media xəbərlərinə görə, fon der Leyen AB-dəki iqtisadi böhrana hazır olmaya bilər
12:41 / 09-09-2026
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
18:09 / 08-09-2026
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
15:40 / 08-09-2026
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
15:03 / 08-09-2026
Ekstremal idmançı Başqırdıstanda Çəhrayı qayaların üzərində 70 metr hündürlükdə sapandla gəzib
14:55 / 08-09-2026
Rusiya və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri danışıqlar keçirirlər
14:39 / 08-09-2026
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
14:35 / 08-09-2026
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
“Yaradanı inkar edənlər belə Allahı “təmizə çıxartmağa” cəhd edirlər”
Tarix: 29-07-2022 23:50 | Bölmə: Sosial
Tarix fərqli meyarlar əsasında dövrlərə bölünür. Sinfi münasibətlər, istehsal vasitələri, mədəni inkişaf, sosial proqress və s. meyarlar əsasında təsnifatlarla az-çox hamınız tanışsınız. Amma hər şeydən mühüm olanı budur ki, insanın kimliyi, azadlığı və köləliyi, yaşadığı cəmiyyətdəki ədalət və zülm, dünyadakı xeyir və şər kimi fundamental mövzular bütün təsnifatlarda sezilir. Bu mövzular qabardılmır, amma gözə çarpır. Çünki, inkar etsək də, etməsək də tarix bir elm olaraq insanın insan olaraq yüksəlişini vəsf edir. Tarix elə ona görə maraqlıdır ki, bu yüksəlişin hədəfini kəşf etməyə imkan yaradır.
Müasir insan yaşadığı dövrün texnoloji anturajına aldanaraq sələflərindən çox fərqləndiyini düşünür. Əslində isə, onun dərinliyində gizlənən istək və qorxuları eynidir. İnsan hər dönəmdə, hər coğrafiyada sanki Allahla mübahisə edir: niyə istəklərim deyil, qorxularım qarşıma çıxır? Ədalətli və mərhəmətli Allahın yaratdığı dünyada zülm necə ayaq açıb yeriyə bilər? Bu suala cavab axtaranlar fitrətən xeyirin tərəfində olduqları üçün ya Allahı inkar edir, ya şər üçün başqa bir yaradan düşünür, ya da bu mövzulara tabu qoymağa çalışır. Əslində, onlar hamısı özünü, dolayısıla da Allahı “təmizə çıxartmağa” cəhd edirlər, hətta Yaradanı inkar edənlər belə. Əlqərəz, kimin özündən və Allahdan küskünlüyü nədədirsə, nəzəriyyəsini də ona uyğun düşünür.
Bütün "izm"lər insanın Allahı sorğulamasından yaranıb. Amma burada nəzərdən qaçan bir məqam var. Problemin kökündə Allahla insanın bir-birindən ayrı, cavabdeh və iddiaçı kimi başa düşülməsi durur. Bu dünyagörüşündən çıxış edən allahpərəst də, bütpərəst də, ateist də, əslində eyni cərgədə durmuş olur. Heç demə Allaha inana-inana ona şərik də qoşmaq olurmuş, inkar etmək də. Nə üçün? Çünki Allahla insan arasında vəhdət bağını kəsdikdə Allahın insana, insanın da Allaha qovuşması mümkünsüz olur. Dərhal zehdnə Allah ruhani, insan isə heyvani aləmə aid edilir. Yaradanla yaradılan arasında daim diri qalmalı olan ünsiyyət qırılır. Allahın maddiyyata, insanın isə ruhaniliyə yolu kəsilir. Nəticədə, Allahın insana verdiyi azadlıq kimi ən böyük nemət elə insanın əleyhinə işləyir. Allahla bütövləşməyi, deyil, özünü Allah zənn etməyə başlayır insan.
Müasir neyrobioloqlardan birinin maraqlı fikrinə rast gəldim təzəlikcə: "Biz təbiətin qanunlarını öyrənmirik, qanunları təbiətə aid edirik. Başqa beyinə sahib olsaydıq, təbiətin başqa qanunları olacaqdı". Möhtəşəm! Beyini, yəni yanaşmanı, zehniyyətimizi dəyişə bilsək təbiəti də dəyişə bilərik. Amma dəyişmirik, nədən ki, mümkünlüyünə inanmırıq. Hərçənd ki, inandıqlarımız, kortəbii və ya şüurlu qəbul etdiyimiz "həqiqətlərin" əksəriyyəti bu inancdan daha çox absurddur!
Xalqımızın yaşatdığı Aşura hadisəsi bütün deyilənlərin əyani illüstrasiyasıdır. Bir cəmiyyət peyğəmbər saydığı şəxsin dəfələrlə ümmətinə tapşırdığı nəvəsinin üzərinə qılınc çəkdi. İnsan cənnət gənclərinin sərvərini cənnət Sahibi üçün öldürəcək qədər enir və zehniyyətini bu həddə korlayır. Bu davranış modeli tanış gəlmirmi sizə?
Günaha son qoymaq üçün günahsızları qətlə yetirənlər, azadlıq üçün xalqları köləyə çevirənlər, Allahı sevdirmək üçün insanları qanına boyayanlar, ədalət üçün terrora əl atanlar, ehtirasını qarşılamaq üçün kamikadze kəməri taxanlar, maarifləndirmə üçün elmi istismar edənlər... Bu əyri güzgülər məmləkətinin "qəhrəmanlarını" heç zaman həqiqət, mənəviyyat, ədalət maraqlandırmır. Daha doğrusu, onlar haqq-ədalət iddiası ilə qalxırlar, amma öz mənəvi gücsüzlüklərini ört-basdır edən haqq-ədalət iddiası ilə. Bəsit paxıllıqdan doğan "niyə kimsə nədəsə məndən önə keçməlidir?" məntinqindən doğan “haqq-ədalət”.
Daha öncə deyildiyi kimi, Allahla vəhdət bağı pozulduqda, dindar da, dinsiz də şüuraltıda Allahla rəqabətə girir və Onun yerini tutmağa çalışır. Təbii ki, yeganə tanıdığı qanun olan meşə qanunları ilə. İrəliləmək üçün özünü inkişaf etdirmir, irəlidə olanları məhv edir. Bununla da əldə etdiyi üstünlük illüziyasından həzz alır. İmam Hüseyn (ə) Kərbəladan illər əvvəl Ömər ibn Sədə "məni sən öldürəcəksən", Kərbəlada isə "Reyin bir buğda dənəsi də sənə nəsib olmayacaq" deməsi qeybdən xəbər deyildi, reallığı dəyərləndirə bilən insanın reallığı görməyən insana xəbərdarlığı idi. İmam Hüseynin (ə) Kərbəlaya gedərkən Həcci yarımçıq qoyması etiraz deyildi, Həccin öz funksiyasını itirməsi faktının təsdiqi idi. Yəni artıq Kəbə hansısa insani dəyəri simvolizə etmir, özü-özlüyündə bir tikili olaraq saxta dəyərə çevirilib. Ümumiyyətlə, İmam Hüseynin peyğəmbər ailəsi ilə birlikdə Mədindən çıxması Peyğəmbər şəhərinin peyğəmbərsizləşməsini ifadə edirdi. Nəhayət, Kufəyə yaxınlaşdıqda xəlifə qoşununa savaş istəmədiyini, xilafətdə və ya başqa bir imperiyada sakit yaşamağı tərcih etdiyini söyləməklə, sözün mənfi mənasında müsəlman və qeyri-müsəlman cəmiyyətlərin artıq fərqlənmədiyini göstərirdi. Din qiyafəsinə girmiş materializmi yalnız Allah dostu bu tərzdə ifşa edə bilərdi. Yalnız o, əyri güzgüləri bu cür sındıra bilərdi.
Amma cəmiyyəti təmsil edən xilafət qoşunu sülh təklifini rədd etdi. Bu rədd cavabı tarixdə iki mövqeyin barışmazlığının göstəricisidir. Daha dərinə vardıqda, hər iki tərəfin bərabərlik istədiyini görərik.İmam Hüseyn fəzilətdə, qarşı tərəf isə rəzalətdə bərabərlik istəyirdi. İmam Hüseyn Allahda fəna olmaqda, qarşı tərəf Allahın yerini tutmaqda bərabərlik arzulayırdı. Biri nəcibliyini, digəri isə ləyaqətsizliyini ortaya qoyurdu. Kərbəla bu iki mövqeyi barışdırmadı, bu heç mümkün də deyildi. Amma hər iki mövqeyi ifşa etdi. Birinci cəbhədə hamı bir-birinə dəstək verməklə, bir-biri üçün fəfakarlıq göstərməklə yüksəlirdi, digər cəbhədə isə üstünləri öldürməklə üstünlük hissi keçirirdilər. Ölümə məhkum olan birinci cəbhədə, şad-xürrəm bir həyat qaynayırdı, zahirən qalib görünən digər cəbhədə isə həyatdan intiqam alınırdı. Bu ikitirəlik tarix boyu cilddən cildə düşsə də, bu günə kimi davam edir.
Zahirən güclü və qalib görsənənlər Allahın yerinə keçməyə cəhd edə-edə hələ də özləri ilə barış içində yaşaya bilmirlərsə, deməli tarix onların xeyrinə inkişaf etmir. Deməli, Kərbəlada başlayan insanlıq hekayəsi hələ də bitməyib. Bu hekayə mütləq məntiqi sonluqla-xoşbəxt sonluqla bitməlidir. Bu gün elmin səsləndirdiyi "başqa beyinə sahib olsaydıq, dünya başqa olardı" cümləsini Kərbəla şərtilikdən nəqliliyə çevirir.
Xalqımızın bu inamı yaşatması çox böyük sərvətdir. Təsəvvür edin, bir xalq hər il səfərbər olub elan edir ki, inkişaf qarşılıqlı dəstək və fədakarlıqla mümkündür. Ki, üstünlük başqasının əzilməsi ilə əldə oluna bilməz, paxıllıq və kin-küdurətlə haqq-ədalətə nail olmaq olmaz. Bu, keçmişin deyil, gələcəyin şüarıdır. Bu gün gəncliyimizə hər şeyi əyri göstərməyə çalışan xarici qüvvələr, ya dağıdıcılığa yönəlik özünəinamsızlığı aşılayır, ya da haqq-ədalət qiyafəsinə girmiş paxıllığı. Daim narazı, intiqam arzusu ilə yaşayan insanlara "sivil", "modern" görkəm verməklə özlərinə ram etmək istəyirlər. Aşuranın bu faciədən sığortalama gücü burada bəlli olur. Xüsusilə, müasir adlandırdığımız dünyanın öz qayda-qanunları və dəyərlər sistemi ilə birlikdə böhran keçirdiyi bir zamanda, böyük mədəniyyətlərin gələcəyə ümidini itirdiyi bir şəraitdə əcdadımızın bizə irs qoyduğu bu sərmayənin dəyəri daha çox hiss olunmaqdadır. Kərbəla indi həmişəkindən daha aktualdır, yeni insan formalaşdırmaq gücü və ümid qığılcımı yaratmaq potensialı ilə.
Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli, xüsusi olaraq "Qafqazinfo" üçün
Baxış sayı: 425
Bölməyə aid digər xəbərlər

Dünən, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
Dünən, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib
30-08-2026, 17:51
Peskov yeni Volqa alacağını etiraf etdi
30-08-2026, 17:10
Moskvanın mərkəzinə yağış yağacaq
27-08-2026, 20:16
Turist dağlarda azıb
27-08-2026, 20:02
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
27-08-2026, 18:34
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
27-08-2026, 18:07
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
27-08-2026, 13:19
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
26-08-2026, 19:16
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
26-08-2026, 18:00
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
26-08-2026, 17:20
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
26-08-2026, 17:10
Qaynaq sexində yanğın baş verib
26-08-2026, 09:43
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
25-08-2026, 19:59
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
25-08-2026, 19:31
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
24-08-2026, 17:39
Kotlet və mantılarda salmonella aşkar edilib
23-08-2026, 19:04
Bir turist Vyetnamda duş qəbul edərkən göbələk infeksiyasına yoluxub
23-08-2026, 18:44
Direktor araba sürərkən hündürlükdən yıxılıb
22-08-2026, 16:54
Könül Nurullayeva vətəndaşlarla görüşüb
22-08-2026, 16:28
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
22-08-2026, 16:23
Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
20-08-2026, 19:49
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19-08-2026, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər