17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
20:53 / 27-09-2026
Yandırıcı sursat istehsalı haqqında danışdı
20:48 / 27-09-2026
Rusiya Silahlı Qüvvələrinin hərbçisi Ukrayna Silahlı Qüvvələrinin Oleşkini "ölü zonaya" çevirmək vəzifəsindən danışıb
20:46 / 27-09-2026
Tramp Tehranla danışıqların gələn həftə keçiriləcəyini açıqladı
20:43 / 27-09-2026
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
20:40 / 27-09-2026
"Zenit"in baş məşqçisi "Şanxay Şenhua" ilə əməkdaşlığından danışıb
20:37 / 27-09-2026
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
19:58 / 27-09-2026
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
17:51 / 27-09-2026
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
ANA DİLİMİZİ SEVDİRƏN DƏRS-Zülfiyyə İsmayıl
Tarix: 10-05-2022 12:20 | Bölmə: Sosial

Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Buna görə də toplumu millət edən ən böyük amil dildir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir. Məşhur Azərbaycan ədibi, böyük pedaqoq, görkəmli ziyalı Firudin bəy Köçərli deyirdi: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”.
Zəmanəmizin ən böyük siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan birməsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir: “Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini, fars dilini də, hətta çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın”.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinintuyuğları, Şah İsmayılın divanı, ustad Füzulinin “nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqi təsirini, müdriklik vasitəçiliyini özündə əks etdirib. Əvvəllər yazarkən, danışarkən ərəbcədən, farscadan nə qədər çox istifadə etmək “bacarıq” sayılmışsa, dilimiz də bir o qədər öz xüsusiyyətlərindən uzaqlaşmış, daha çox lüğət tərkibi yad, alınma sözlərlə dolmuşdur. Ana dilimizin bu qədər dəyərli olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, insanların öncələr Şərq dillərinə olan meyli indi Qərb dillərinə yönəlməkdədir. Biz heç də XXI əsrdə xarici dil bilməyin əleyhinə deyilik. Əksinə, bunu alqışlayırıq və zamanın ən böyük tələbi olduğunu təqdir edirik. Bizləri narahat edən milli şüurdan və qürurdan yoxsul olan və hər keçən gün “xariciləşib” milli mentalitetimizdən uzaqlaşan bir qrup insanların dilimizə olan laqeyd münasibətidir. Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Amma bizim dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü, kəskin qanunauyğunluqları və düzənliyi ilə öncül bir dildir. Təəssüf ki, dilimiz bütün bu xüsusiyyətlərinə baxmayaraq bəzən gündəlik məişətimizdə işlətdiyimiz rus-Avropa və b. mənşəli sözlərin önünə keçə bilmir.
Bu baxımdan zaman-zaman ana dilimizə qarşı yad təsirlər olunub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də sovet dövründə yaranıb. Belə ki, Rus imperiyasının siyasi-mənəvi varisi olan Sovet imperiyası ucqarlarda manqurtlaşma siyasəti apararaq öncə ana dilini məhv etmək və milli-mənəvidəyərləri şikəst etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimiz unutdurulmağaçalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraqdəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və “rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə məhvedici plan həyata keçirilmişdir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşılmış, onların milli mənafedən həlli məsələləri ön planda dayanmışdır. Heydər Əliyev ağıl və cəsarətlə ilk növbədə Azərbaycan dilinin dövlət dili olmasını qanuniləşdirdi. 1978-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsi müzakirə edilən zaman israrla, hətta öz şəxsi nüfuzundan istifadə etməklə 73-cü maddəni “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” redaksiyasında təsbit etdirdi. Ümummilli lider Heydər Əliyev öz şəxsi nümunəsilə idarələrdə, tədbir və yığıncaqlarda doğma Azərbaycan dilində danışmaq və yazmaq ənənəsi yaratdı, onu gücləndirmə tədbirləri də həyata keçirdi, fəaliyyət dairəsindən qovulmuş saf, təmiz Azərbaycan dilini öz haqqına qovuşdurdu.
Ana dilinə dövlət siyasətində bu qədər əhəmiyyət vermənin, əlbəttə, öz sirri, öz şərhi, izahı vardır. Çünki dil elə bir sistem, elə bir varlıqdır ki, bütün dəyərləri – milli, ənənəvi, dini, dünyəvi və s. özündə, öz ruhunda qoruyub saxlayır, nəsildən-nəslə ötürür. Bu mənada “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Nəsillər bir-birini məhz dil vasitəsilə məlumatlandırır, tərbiyə edir, təlimləndirir, ruhən yetişdirir. Buna görə də milləti məhv etmək üçün ilk növbədə onun dilini hədəfəgötürüb məhv edirlər, unutdururlar, qarışdırırlar. Buna görə idi ki, ana dilimizə həmişə öz diqqətini əsirgəməyən ümummilli lider Heydər Əliyev deyirdi: “Bu dil bizi keçmişdə olduğu kimi indi də, gələcəkdə də birləşdirəcəkdir”. Bizi birləşdirən və milli birliyimizin təminatçısı olan ana dilimiz həmişə vətəndaşlarımızla birgə ana vətən uğrunda mübarizə aparıb, təzyiqlərə, təsirlərə, diqqətsizliklərə baxmayaraq min illərin abidəsi kimi möhkəm və vüqarla dayanıb. Bir tərəfdən də ümummilli liderimiz ana dilini bu cür keyfiyyətlərinə görə sevir və hörmət duyurdu: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Ulu öndərin bilavasitə uzaqgörən fəaliyyəti ilə milli dil siyasətini yürüdə biləcək tarixi əhəmiyyətli dövlət qərarları verildi. Xüsusilə 2001-ci il iyunun18-də verilmiş “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman Azərbaycan dilinin inkişaf etdirilməsi, tədqiqi, tətbiqi və təbliği baxımından olduqca əhəmiyyətli, əvəzedilməz tarixi bir sənəddir. Bundan başqa 2002-ci il 30 sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə sənəd imzaladı. “Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır” - deyən ümummilli liderin məhz diqqəti sayəsində latın qrafikalı Azərbaycan əlifbasına keçid sürətlə həyata keçirilməyə başlandı və hər ilin 1 avqust gününün Azərbaycanda Ana dili və Əlifba Günü kimi qeyd edilməyə başlandı.
Bu nailiyyət özlüyündə bizlərə nəyi verdi? Birinci növbədə latın qrafikalı əlifbaya keçməklə xalqımız bütövlükdə latın qrafikası əsasında müəyyənləşən əlifbalarla fəaliyyət göstərən Avropa ailəsinin bir üzvünə çevrilməyə haqq qazandı, dünya vahid yazı sisteminə inteqrasiya etdi. İkinci, dilimizin səslərinin, fonetik sisteminin özünə uyğun mükəmməl əlifba sisteminə nail olundu. Yəni dilimizin bütün səs sistemini, onun ayrı-ayrı fonemlərini ifadə edəcək qrafik işarələr tapıldı və latın qrafikası bu fonetik sistemi işarə etmyə mükəmməl surətdə imkan verdi. Hətta uzun illər işarələnməsi mübahisə mərkəzinə çevrilmiş h, x kimi səslərin də işarə edilməsinə müvəffəq olundu. Üçüncüsü, latın qrafikalı əlifbaya keçid türk milli mənsubiyyətinə aid olan Azərbaycan xalqının qardaş türk xalqlarına və dövlətlərinə daha da yaxınlaşmasına, zəruri ünsiyyətə daxil olmasına, habelə türk həmrəyliyində aparıcı yer tutmasına imkan verdi. Əlbəttə, bu və bu kimi bir çox nəticələr Heydər Əliyevlə başlanmış milli dil siyasətinin uğurlarını əks etdirir. Son qərinədə dahi liderin milli dil siyasəti daha açıq, kompleks şəkildə, ardıcıl yürüdülməyə başladı. Ulu öndərlə müəyyənləşən milli-siyasi kurs Azərbaycan xalqını daha mütəşəkkil millət kimi formalaşdırmağa, inkişaf etdirmək və milli həmrəyliyini gücləndirməyə imkanlar qazandırdı. Milli olan, millət üçün vacib olan hər şey millətin formalaşması və özünəqayıdışı üçün daha açıq planda sərbəst milli inkişaf məhsuluna çevrildi. Ana dili, din, milli-mənəvi dəyərlər, tarix, ədəbiyyat, mədəniyyət və s. millətə yeni milli ideologiya və təfəkkür işığında öyrənilməyə, lüzumlu şəkildə təqdim edilməyə, fərdlərin münasibətlərinin, milli mənlik şüurunun formalaşması, tənzimlənməsi və yaranması istiqamətinə yönləndirildi. Hər şeydən öncə müstəqil Azərbaycan Respublikasında milli dil siyasəti yürüdülməyəbaşlandı. Çünki ulu öndər ana dilinin milli – tərbiyəvi əhəmiyyətini həmişə üstün tutur və vacib olduğunu bilirdi. Ümummilli lider deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. ...Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməzvə digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək: onları oxuya bilməsə bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır. Ümidvaram ki, ...bizim gənclərimiz ...doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”.
Heydər Əliyevlə başlanmış milli dil siyasətinin uğurları cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bədii ədəbiyyat və digər seriyalardan olan kitabların latın qrafikalı əlifba ilə kütləvi nəşrləri həyata keçirildi. 2012-ci il mayın 23-də Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzaladı, Terminologiya Komissiyası və Tərcümə Mərkəzi yaradıldı. 29 mayda isə AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında növbəti sərəncam imzalandı. Bundan başqa Heydər Əliyev siyasi məktəbinin davamçısı Naxçıvan MR Ali Məclis Sədrinin təşəbbüsü ilə Naxçıvanda “Ana dili” abidəsi qoyuldu və ana dilimizə milli sevgini təcəssüm etdirdi. Bu sadə, özündə ana dilimizin xəlqiliyi və sadəliyini, saflıq və gözəlliyini, hər bir fərdin bildiyi qədər adiliyini və kütləvi olduğu qədər əbədiliyini nümayiş etdirən bu abidə sanki ulu öndərimizin bu tövsiyyələrini hər bir azərbaycanlıya diqtə edir ki: “...Öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. ...Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
Zülfiyyə İsmayıl,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi
Baxış sayı: 602
Bölməyə aid digər xəbərlər

Dünən, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib