22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış altıncı sessiyasının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Tarix: 07-01-2022 21:30 | Bölmə: Sosial

AMEA-nın Naxçıvan Bölməsində 29 dekabr 2021-ci il tarixli altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a
verilən məlumata görə tədbiri açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev 2021-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu diqqətə çatdıraraq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ problemin həlli istiqamətindən həyata keçirilən tədbirlərdən, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən söz açıb. Bildirib ki, ordu quruculuğu sahəsində atılan möhtəşəm addımlar və yeni-yeni işlər bu siyasətin uğurlu davamıdır.
Daha sonra akademik İsmayıl Hacıyev “Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr”lə bağlı məruzə edib. Muxtar respublikada davamlı və kompleks inkişafın təmin olunduğunu söyləyən alim bildirib ki, ümumi daxili məhsul istehsalının 3 milyard manatdan çox olması, sənaye və kənd təsərrüfatı sahəsində aparılan kompleks addımlar bu inkişafa öz töhfəsini vermişdir.
Akademik AMEA Naxçıvan Bölməsində 2021-ci ildə yerinə yetirilən işlər və əldə olunan nailliyyətlər haqqında məlumat verib. Bildirib ki, bölmədə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 37 iş 88 mərhələdə yerinə yetirilib, 6 mühüm nəticə əldə olunub. 2 akademik, 4 müxbir üzv, 5 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 28 doktorant və dissertantdan ibarət 88 əməkdaş tərəfindən aparılan tədqiqatlar 15 monoqrafiya, 11 kitab, 1 kitabça, 2 metodik vəsait, 457 elmi məqalə, 182 konfrans materialı, 5 tezis olmaqla 672 elmi əsərdə əksini tapıb. 3 buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 159-u xaricdə nəşr olunub. 46 məqalə impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics indekslidir. Bölmə əməkdaşlarının əsərlərinə il ərzində 880 istinad qeydə alınıb. Bölmədə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.
“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri nəşr olunub.
Bölmədə bir beynəlxalq səviyyəli, 2 respublika səviyyəli, 5 muxtar respublika səviyyəli, 13 bölmə səviyyəli elmi konfrans, 10 tədbir, Oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdimat keçirilib.
Məruzədə həmçinin kadr hazırlığı məsələsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi, 2 nəfərə dosent elmi adı verilib. Əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 2 nəfərin elmlər doktoru dissertasiya işi isə seminardan keçərək müdafiə buraxılıb, 2 əməkdaşın doktorluq işi isə müdafiə ərəfəsindədir. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında 7 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentinin məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyini söyləyən alim söyləyib ki, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində işlər görülüb, geopark ərazisinin ümumi, geoloji,
geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib. Əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.
Diqqətə çatdırılıb ki, 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, Şorsu palçığının və quru qalığının istehsalı, satışı işi davam etdirilib. Propolis, çaytikatı yağı, alma sirkəsi, gülab istehsal edilib, paketlənmiş zəfəran qurusu, müxtəlif meyvə quruları, kompot, cem və şirələr hazırlanıb.
İl ərzində dünyanın 20-dən artıq ölkəsinin elm, təhsil müəssisələri və mütəxəssisləri ilə sıx elmi əlaqələr davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə elmi-praktiki seminarlar keçirilib. Bölmənin 45 elmi dərəcəli əməkdaşı 8 fənn üzrə nümunəvi dərslər tədris etmiş, 7 elmi əməkdaş 8 interaktiv dərs aparmışdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr qazanıblar.
Akademik 21 sentyabr 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müşavirədə verdiyi tapşırıqlardan söz açıb. Elm festivalının keçirilməsi, rayonların tarixinin işlənilməsi, Naxçıvanın qədim türk yurdu olması ilə bağlı tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, çoxcildlik “Naxçıvan etnoqrafiyası”nın hazırlanması, arxeoloji ekspedisiyaların davam etdirilməsi, “Naxçıvan folkloru”, Naxçıvanın müasir ədəbi mühitinin tədqiqi, xalq deyimlərinin toplanılması, tətbiqyönümlü araşdırmaların aparılması, qədim əlyazma və çap kitablarının tədqiqi və nəşri, eləcə də digər mühüm vəzifələrin müəyyənləşdirildiyini söyləyən alim bildirib ki, qeyd olunan tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar olaraq Naxçıvan Bölməsinin elmi tədqiqat müəssisələrində tədbirlər planı hazırlanmış, əsaslı araşdırmaların aparılması üçün işçi qrupları yaradılmışdır. Nəzərdə tutulan işlərin icra vəziyyəti ilə bağlı məlumat verən bölmə sədri tədqiqatların daha səmərəli və vaxtında yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib.
Məruzənin ardından bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev və Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2021-ci ildə muxtar respublikada inkişafın bütün parametləri üzrə artımın müşahidə olunması, yeni obyektlərin tikilərək istifadəyə verilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər həyata keçirilən uğurlu fəaliyyətin nəticəsidir. Ərazi, ərzaq və enerji təhlükəsizliyinin tam təmin olunması bu müvəffəq nəticələrin əsasıdır.
Çıxış edənlər müəyyənləşdirilən yeni məqsəd və vəzifələrin mühüm elmi əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bölmə əməkdaşları bu fəaliyyətin icrasında fəal iştirak edəcək, bu inkişafa layiqli töhfə verməyə çalışacaqlar.
Sabaha-inamla.az

Baxış sayı: 425
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi