Bütün xəbərlər
“Burada açılmış obyektlərdə şuşalılar işlə təmin edilir”
Tarix: 30-08-2021 19:50 | Bölmə: Sosial

                   “Burada açılmış obyektlərdə şuşalılar işlə təmin edilir”


“Beşulduzlu hotel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxış edərkən deyib. 
Dövlət başçısı bildirib ki, bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək: “Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beş mərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.
Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər