Bütün xəbərlər
Ermənilərin Qubadlıda hərbçimizə hücumu ilə bağlı - Açıqlama
Tarix: 26-08-2021 03:01 | Bölmə: Sosial

                     Ermənilərin Qubadlıda hərbçimizə hücumu ilə bağlı


“Bu gün Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan Azərbaycan əsgərinə qəfil hücum edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ombudsman Aparatının Qubadlıdakı erməni təxribatı ilə bağlı yaydığı bəyanatda deyilir.
Bildirilib ki, iki erməni hərbçi ilə əlbəyaxa döyüş zamanı əsgər Ruslan Şirəliyevə sinə nahiyəsindən süngü ilə zərbə endirilib:
“Erməni hərbçilər cinayəti törədərək, meşəlik əraziyə doğru geri istiqamətdə qaçıblar.
Ermənistan tərəfinin davamlı olaraq insan həyatına qəsd etməklə və sərhəddə vəziyyəti gərginləşdirməklə yeni münaqişə ocaqları yaratmaq məqsədi güdən bu cür çirkin təxribatlarını qəti şəkildə pisləyir, beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladırıq”.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu