22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
SUMQAYIT KARATEÇİLƏRİNİN NÖVBƏTİ UĞURU
Tarix: 24-08-2021 14:58 | Bölmə: Sosial
20-22 avqust 2021-ci il tarixlərində Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclər arasında (WKF) Karate üzrə Avropa çempionatı keçirilmişdir. 53 ölkədən 996 idmançının qatıldığı mötəbər yarışda milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirmələri Hihad Kərimzadə (+70 kq) yarışın qızıl, onun komanda yoldaşı Aysu Əliyeva (-47 kq) isə bürünc medallara sahib olmuşlar. Onu da qeyd edək ki, bu yarışda Azərbaycan milli yığma komandası komanda hesabında üçüncü yerə layiq görülmüşdür.
Sabaha-inamla.az




Baxış sayı: 448


Bölməyə aid digər xəbərlər