Bütün xəbərlər
Qarabağa səfərə hazırlaşan diaspor nümayəndələri ilə görüş keçirilib
Tarix: 16-08-2021 22:57 | Bölmə: Sosial

                  Qarabağa səfərə hazırlaşan diaspor nümayəndələri ilə görüş keçirilib


Diasporla İş üzrə Dövlət Komitəsində xaricdə yaşayan bir qrup azərbaycanlı ilə görüş keçirilib.
Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, Komitə sədri Fuad Muradov iştirakçıları salamladıqdan sonra Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, diaspor nümayəndələrinin həm müharibə, həm də müharibədən sonrakı dövrdə beynəlxalq platformalarda gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib. 
Bildirilib ki, hər bir diaspor nümayəndəsi informasiya daşıyıcısıdır və onların işğaldan azad olunan torpaqlarımıza səfərlərinin təşkili məhz bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Bu yayı vətəndə keçirən və Komitənin təşkilatçılığı ilə Qarabağa təşkil olunan səfərlərdə iştirak etməyə hazırlaşan diaspor nümayəndələri öz növbələrində, diaspora göstərilən diqqət və qayğıya, eləcə də diasporun işğaldan azad olunan torpaqlarımıza mütəmadi səfərlərinin təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda diaspor nümayəndələrini maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, görüşdə 21 ölkədən diaspor nümayəndələri iştirak edib.









Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər