Bütün xəbərlər
Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi
Tarix: 10-08-2021 22:06 | Bölmə: Sosial

Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi



Bu ilin fevral ayında səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunan sabiq Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib. 
"Qafqazinfo" Qaynarinfo-ya istinadən xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal rayon Məhkəməsinə şikayət olunub.
Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır. 
Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apelleyasiya Məhkəməsinə şikayət verib.
Qeyd edək ki, M.Vəliyeva bu ilin fevralında vəzifəsindən azad edilib. Təhsil Nazirliyi onun səhhətində yaranan problemlərə görə işdən ayrıldığını bildirsə də, yerli media Vəliyevanın hicab taxdığı üçün vəzifədən uzaqlaşdırıldığını yazmışdı.



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu