Bütün xəbərlər
İctimai Şuraya namizədlərin qeydiyyatı davam edir
Tarix: 09-08-2021 15:54 | Bölmə: Sosial

                     İctimai Şuraya namizədlərin qeydiyyatı davam edir


Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yaradılması məqsədilə Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi davam edir. 
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə,bu məqsədlə Komitə sədrinin müvafiq sərəncamına əsasən İctimai Şuraya seçkilərin təşkili üçün Seçki Komissiyası yaradılıb. Seçki Komissiyasının 17 iyul 2021-ci il tarixli qərarı ilə 23 iyul 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunub.
Qeyd edək ki, İctimai Şura 13 nəfərdən ibarət tərkibdə seçiləcək.
Namizədliyini irəli sürmək istəyən şəxslər bu linkdən ətraflı məlumat ala bilərlər.



Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu