Bütün xəbərlər
Bu restoranlar cərimələndi - Siyahı
Tarix: 03-08-2021 16:44 | Bölmə: Sosial

                     Bu restoranlar cərimələndi



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 424 ictimai iaşə obyektində 720 monitorinq keçirib.
AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Puşkin 5 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fikrət Rza oğluna məxsus “Anadolu” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 67 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov 1 ünvanında yerləşən, fiziki şəxs İsmiyev Sərxan Musənnif oğluna məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu‎, Sultanov küçəsində yerləşən, hüquqi şəxs "Reges Restaurants" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Reges Restaurants” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus kafe;
6. İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs İslamov Elburus Məzahir oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
 



Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu