Bütün xəbərlər
Bu gündən COVİD-19 pasportu olmayanlar toya buraxılmır - Video
Tarix: 25-07-2021 02:26 | Bölmə: Sosial

                   Bu gündən COVİD-19 pasportu olmayanlar toya buraxılmır


Bakının bütün restoranlarında polis və aidiyyəti dövlət qurumları tərəfindən monitorinqlər davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, bu gündən başlayaraq polis əməkdaşları tərəfindən restoranlarda keçirilən toy mərasimlərinə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Monitorinqlərdə Bakı Şəhər İcra Hakimiyyəti və ərazi icra hakimiyyəti nümayəndələri də iştirak edib.
COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Məlumatı DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər. 

              



Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu