Bütün xəbərlər
Masallının Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi inşa edilir
Tarix: 24-07-2021 15:41 | Bölmə: Sosial


Masallı rayonunun Boradigah qəsəbəsində uşaq-əyləncə mərkəzi inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq-əyləncə mərkəzində tikinti işləri başa çatmasa da, uşaqlar artıq burada yaradılan şəraitdən yararlanırlar.
Yelləncəklər, ziqzaqla sürüşmə qurğusu, paralel yollar, stolüstü oyunlar artıq balacaların ixtiyarına verilib.
Uşaqlar burada sanitar qovşaqlar, soyunub-geyinmə otağından da istifadə edəcəklər.
Mərkəzdə, həmçinin miniidman meydançası olacaq, burada müasir işıqlandırma sistemi quraşdırılacaq.
Qəsəbə sakinləri uşaqların istirahəti üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.





Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər