Bütün xəbərlər
Şəhid ailələri ziyarət olundu - Fotolar
Tarix: 20-07-2021 15:51 | Bölmə: Sosial

                     Şəhid ailələri ziyarət olundu


“Azəriqaz” İB-nin rəhbər şəxsləri – baş direktorun müavinləri Cahid Hüseynov, Rəşad Cavadov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə şəhid ailəsini ziyarət edərək onları Qurban bayramı münasibətilə təbrik ediblər. Onlara Birliyin adından bayram sovqatları təqdim olunub.
"Qafqazinfo" xəbər verir ki, qurumun nümayəndələri öncə şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib və onun adının işlədiyi müəssisədə daim uca tutulduğuna görə təşəkkür edib.
Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edək ki, Raufun bacısı Banu İbadova Birlikdə işlə təmin edilib. Daha sonra Birliyin qocaman əməkdaşı, Hacıbəy Ulubəyovun ailəsinə baş çəkilib. Onun oğlu Nurəhməd Ulubəyov könüllü olaraq Vətən müharibəsinə yollanıb və Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
“Azəriqaz” İB-nin rəsmiləri Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini də ziyarət ediblər. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti İdarəsində çalışır.









Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər