Bütün xəbərlər
“AccessBank”ın departament rəhbəri “Yüksəliş” müsabiqəsinin qalibi oldu
Tarix: 17-07-2021 10:32 | Bölmə: Sosial

                 “AccessBank”ın departament rəhbəri “Yüksəliş” müsabiqəsinin qalibi oldu


“Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də “AccessBank”ın Hüquq və Komplayens departamentinin rəhbəri Tural Feyzullayevdir.
“Qafqazinfo” xəbər verir ki, o, müsabiqəyə müraciət etmiş 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilib. 
“Yüksəliş” müsabiqəsinin məqsədi yüksək potensiala və idarəetmə keyfiyyətlərinə sahib perspektivli menecerləri müəyyənləşdirmək və dəstəkləməkdir.
Bu, Tural Feyzullayevin ilk nailiyyəti deyil. Belə ki, o, 2018-ci ildə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Tural Feyzullayev “AccessBank”dan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasında və Mərkəzi Bankda fəaliyyət göstərib.
Tural Feyzullayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluza Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb.
Azərbaycan, ingilis və fransız dillərini bilir.



Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu