Bütün xəbərlər
İmtahan sualını zaldan çıxarmaq istəyən müəllimin nəticəsi ləğv olundu
Tarix: 15-07-2021 02:18 | Bölmə: Sosial

                      İmtahan sualını zaldan çıxarmaq istəyən müəllimin nəticəsi ləğv olundu


Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.
“Qafqazinfo” Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu bəlli olub. Onun imtahan nəticəsi ləğv olunub və barəsində müvafiq cəza tədbiri görüləcək. 
Eyni zamanda imtahan rəhbəri - Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və barələrində müvafiq cəza tədbirləri görüləcək.
Bildirilir ki, müsabiqənin keçirildiyi dövr ərzində hər il test imtahanı mərhələsində imtahan seansları üzrə yeni sual setləri təqdim olunur və seanslar arası imtahan setlərində tapşırıqlar məzmun etibarilə bir-birindən tamamilə fərqlənir.


Baxış sayı: 597


Bölməyə aid digər xəbərlər