Bütün xəbərlər
Bakıda bu şadlıq sarayı da qaydaları pozdu - Foto
Tarix: 13-07-2021 02:09 | Bölmə: Sosial

                      Bakıda bu şadlıq sarayı da qaydaları pozdu


Dünən Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov 4 ünvanında fəaliyyət göstərən “Kainat” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Belə ki, həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyənləşdirilib.
Həmçinin, pandemiya dövrünün tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisəsində bir masa arxasında altı nəfərin əyləşməsinə icazə verildiyi halda, keçirilən baxış zamanı bir masa arxasında 10 nəfərin əyləşdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

                         



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu