Bütün xəbərlər
“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
Tarix: 08-07-2021 12:23 | Bölmə: Sosial

                   “Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”


“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:
“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.




Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu