Bütün xəbərlər
Partlayışdan sonra vəziyyət necədir? - Rəsmi açıqlama
Tarix: 05-07-2021 09:38 | Bölmə: Sosial

                  Partlayışdan sonra vəziyyət necədir?


SOCAR dünən gecə Xəzər dənizində baş verən partlayışla bağlı məlumat yayıb.
"Qafqazinfo" həmin məlumatı təqdim edir:
"4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirdiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.
Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.
Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub".



Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu