Bütün xəbərlər
“Vəsait düzgün xərclənməsə, maliyyələşmə dayandırılacaq”
Tarix: 02-07-2021 17:45 | Bölmə: Sosial

                    “Vəsait düzgün xərclənməsə, maliyyələşmə dayandırılacaq”


“Müsabiqə nəticələri imkan verdi ki, saytların gündəlik yaydıqları informasiyanın sayını da öyrənək”.
Sabaha-inamla.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin brifinqində çıxış edən Agentliyin sədri Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, saytlar üçün gündəlik 20 yazı dərci tələbi çox kiçikdir: “Qalib olan saytların gündəlik 100-dən çox yazı dərc etdikləri aşkar olundu”.
Ə. İsmayılov qeyd edib ki, maliyyə vəsaitləri qalib media subyektləri ilə görüşdən sonra ayrılacaq: “Görüşlər keçiriləcək, müqavilə imzalanacaq və növbəti 6 ay üçün nəzərdə tutulan maliyyə vəsaiti aylıq olaraq ödəniləcək. Həmçinin, bu vəsaitin müsabiqənin şərtlərində göstərilən 3 istiqamət üzrə xərclənməsinə nəzarət olunacaq. Əgər vəsait təyinatı üzrə xərclənməsə, maliyyələşmə dayandırılacaq”. 
Qaydalara görə, 3 nəfər əməkdaşın əmək haqqının artırılması tələb olunur. 



Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu