Bütün xəbərlər
“Qiymətlər qalxanda pensiyaçıları düşünməliyik”
Tarix: 02-07-2021 12:26 | Bölmə: Sosial

                  “Qiymətlər qalxanda pensiyaçıları düşünməliyik”


“Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti qalxıb. Qiymətlər qalxanda biz bunun real səbəbini demirik. Çalışırıq ki, bunu əsaslandıraq ki, bu, elə camaatın xeyrinədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında deyib. 
“Bunun adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir, edilsin, qiymət qalxır. Xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkirlər. Buna görə də bizim Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir.
Mən Razi Nurullayevin fikrini dəstəkləyirəm ki, bu tipli məsələlər mütləq komitədə müzakirə olunmalıdır və monopolist dövlət təşkilatları deyil, qiymətlərin qaldırılmasını parlament müəyyənləşdirilməlidir”-, deyə deputat vurğulayıb. 



Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu