Bütün xəbərlər
İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurasından açıqlama
Tarix: 01-07-2021 00:24 | Bölmə: Sosial

                 İşıqla bağlı qərar əhaliyə aid deyil



Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə qərarına dair açıqlama yayıb. 
"Qafqazinfo" xəbər verir ki, açıqlamada bildirilir ki, Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.
Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməmişdir.



Baxış sayı: 573


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu