22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
Yaşlılara psixoloji yardım: Problemlər və perspektivlər
Tarix: 23-06-2021 02:34 | Bölmə: Sosial

Gənc yaşda olarkən çətin vəziyyətdən çıxmaq və streslə mübarizə aparmaq asandır. Lakin yaşa dolduqca insan daha həssas, kövrək, bir çox hallarda isə tamamilə müdafiəsiz olur. Bəzən yaxınlarının sadə diqqət və qayğısı da onun üçün təsəlliyə çevrilir. Bu zaman yaşlı insana ixtisaslı psixoloji yardımla bağlı müraciət həm onun, həm də doğmaları və yaxınları üçün düşünülmüş və həlledici addım kimi qəbul edilir.
Psixoloji yardıma ehtiyac xüsusilə yaşlı insan maliyyə problemləri və tənhalıqla üzləşdikdə, sağlamlıq durumu çətinləşdikdə və həyat rəngarəngliyi itirildikdə duyulur.
Məlumdur ki, ahılların əksəriyyəti əmək qabiliyyətini itirdikləri səbəbdən nadir hallarda özlərini maddi baxımdan təmin etmək imkanına malik olurlar. Doğmaları və yaxınlarının maliyyə yardımı və dövlət qurumlarının sosial dəstəyi heç də həmişə onların sosial durumunun yaxşılaşdırılması üçün kifayət etmir. Həyat keyfiyyətinin pisləşməsi yaşlı insanın sabaha ümidini azaldır və bu vəziyyətdə onun həyacan, təşviş və qorxu hissini dəf etmək üçün psixoloqla ünsiyyətinə böyük ehtiyac duyulur.
Təqaüdə çıxmaqla fəal həyat tərzini itirmiş ahılın ünsiyyət dairəsi kəskin daralır, ömür-gün yoldaşını itirənlər isə tənhalıqda ətraf mühitdə baş verənlərə maraqlarını itirir, təcrid olunur və özlərinə qapanırlar. Bu halda sosial və məişət tənhalığının psixi və emosional pozuntular, depressiya kimi neqativ nəticələri yalnız psixoloji yardım vasitəsilə aradan qaldırıla bilər.
Bir çox xroniki xəstəliklər insanın özünə qulluq etmək qabiliyyətini əlindən alır. Bu halla üzləşən yaşlılar əsəbi olur, yersiz qıcıqlanır, hər kəlmədən incimiş olurlar ki, bu da onların doğma və yaxınları ilə ünsiyyətini çətinləşdirir. Bu halda da psixoloqla söhbət yaşlı insanın ətrafdakılarla ünsiyyətini qarşılıqlı anlaşma əsasında qurmağa imkan yaradır.
Psixoloq yaşlı insana mühüm bir məsələnin həllində də - yeni həyat tərzinə uyğunlaşmaqda, cəmiyyətdə yeni roluna alışmaqda, qocalma prosesində qaçılmaz dəyişiklikləri dərk etməklə həyatına yeni nəfəs verməkdə yardımçı ola bilər.
Yaşlı insanın gerçəklik anlayışı dəyişir, psixoloji sabitliyi pozulur, hərəki aktivliyi çətinləşir, yaddaşı və diqqət konsentrasiyası zəifləyir. Üstəlik, ahıllarda bu proseslərin gedişatı müxtəlifdir. Yaşlılar həyat perspektivlərinə tamamilə fərqli baxırlar. Bütün bunlar onların gündəlik davranışlarında əks olunur, düşüncələri getdikcə bir çox nailiyyətlər və parlaq hadisələrlə zəngin keçmişə yönəlir. Ahıl psixoloji olaraq, belə demək mümkünsə, fiziki sonluğa hazırlaşır. Düşüncə və duyğuları bu cür əhvalla köklənmiş yaşı insana psixoloji yardım xüsusilə vacibdir.
Psixoloqlar yaşlı insanları iki qrupa bölürlər: neqativ enerjili ahıllar və pozitiv enerjili yaşlılar. Birinci qrupa aid olanlar adətən özlərini lazımsız və həyata şəxsi baxışlarını köhnəlmiş hesab edirlər. Yersiz deyingənlik, xəsislik, məntiqsiz iradlar və ittihamlar onların xüsusiyyətidir. Bu halda onların və yaxınlarının psixoloqa müraciəti hər iki tərəfin qocalıq dövrünə münasibətinin dəyişilməsində mühüm rol oynaya bilər. İkinci qrupa böyük həyat təcrübəsinə və müdrikliyinə görə ətrafdakıların hörmətini qazanmış, fikirləri və məsləhətləri nəzərə alınan, intellektual və yaradıcı potensiala malik olan və özünü xoşbəxt hiss edən nikbin, xoş əhvallı yaşlılar aid edilir.
Uzun illər ahıl və tənha insanlarla ünsiyyət quraraq onların psixoloji problemləri ilə məşğul olmuş mütəxəssislərin fikrincə, qocalma prosesinin müəyyən davranış xüsusiyyətlərinə malik aşağıdakı növləri mövcuddur:
1)Reqressiya - təqaüdçü keçmiş davranışına qayıdır - sağlamlıq vəziyyəti öz-özünə qulluq etməsinə imkan versə də, uşaq kimi ətrafdakılardan kömək gözləyir;
2)Qaçış - ahıl qocalıqdan və onun yaratdığı problemlərdən qurtulmağa, başqalarını özündən uzaqlaşdırmağa çalışır, evdən çıxır, yaşayış yerini dəyişir;
3)Təcridolunma – yaşlı insan cəmiyyətdən təcrid olunur, ailənin həyatında fəal mövqe tutmaqdan çəkinir;
4)Diqqəti cəlbetmə - öz varlığını sübut etmək üçün daim ətrafdakıların diqqətini özündə cəmləşdirməyə çalışır;
5)Fəallıq – ahıl səhhətindən və əhvalından asılı olmayaraq, ictimai həyatda baş verənlərdən xəbərdar olmağa, asudə vaxtını səmərəli keçirməyə çalışır, yeniliklərlə maraqlanır, əmək fəaliyyətini davam etdirir.
Bir sıra subyektiv amillərdən və tətbiq olunan şərtlərdən asılı olaraq, bu qruplara aid yaşlılardan hər hansı birinin davranışı həm sakit, digərlərinə narahatlıq yaratmadan, həm də təlatümlü, əsil üsyan şəklində davam edə bilər. Buna görə yaşlılara adekvat psixoloji yardım onlardan hər birinin sosial vəziyyəti, maddi durumu, mənəvi dəyərləri və psixi xüsusiyyətləri haqqında məlumatın əldə edilməsini və bu məqsədlə onun qohumları ilə ünsiyyət qurulmasını tələb edir.
Yaşlılara psixoloji yardımın aşağıdakı üsulları mövcuddur:
- Psixoloji maarifləndirmə. Yaşlı insanların qarşılaşdıqları çətinlikləri, davranış xüsusiyyətlərini əks etdirən xüsusi ədəbiyyatın öyrənilməsini nəzərdə tutan bu üsul əlçatan olsa da, hər bir insana fərdi yanaşmağa imkan vermir;
- Peşəkar mütəxəssis məsləhəti. Yaşlılarla işləyən psixoloq pasientin öz yaşı, həyat tərzi ilə bağlı fikirlərini genişləndirməsində köməklik göstərir, ona qocalığa pozitiv nöqteyi-nəzərdən baxmasına imkan verə biləcək mümkün perspektivləri açıqlayır. Bu halda yaşlı insanın özünəməxsus psixoloji problemlərindən və qorxularından qurtulmasına kömək edən fərdi yanaşma təmin edilir;
- Qruplarda iş. Yaşlıların maraq dairəsi və tələbləri nəzərə alınmaqla qruplarda kommunikativ treninqlər, yeni həyat tərzinə uyğunlaşma üzrə məşğələlər, birgə gəzintilər, ekskursiyalar, kino və teatr tamaşalarına baxış, bayram və ad günü tədbirləri təşkil edilə bilər.
Yataqda olan yaşlı insanlara isə psixoloji yardım tamamilə fərqli olmalıdır. Gündən-günə artan fiziki məhdudiyyət və ağrılar, çarəsizlik və dəyərsizlik hissi onlara əzab verir. Bütün bunlar daimi stres vəziyyətinin yaranmasına, ümidsizliyə və depressiyaya səbəb ola bilər. Bu halda bədənin biokimyəvi tənzimləmə sistemi aktivləşir ki, bu da psixosomatika – səhhətin pisləşməsi və yeni ağrıların yaranması ilə ifadə olunur. Fiziki fəaliyyətini tamamilə və ya qismən itirmiş yaşlı insanlara psixoloji yardım xəstənin müalicəsindəki kiçik nailiyyətlərə diqqət yetirməsinə kömək etməkdən, özünə inam yaratmaqdan, qorxu hissini dəf etməkdən, onu bədbinlikdən uzaqlaşdırmaqdan ibarətdir.
Göründüyü kimi, yaşlı və tənha insanlara psixoloji yardımla bağlı problemlər kifayət qədərdir və onların həlli istiqamətində həm dövlət qurumları, həm də ictimai təşkilatların birgə fəaliyyəti olduqca önəmlidir. Əhaliyə tibbi xidmət göstərən səhiyyə müəssisələrinin psixoloji yardım mərkəzləri ilə, yaşlı insanların müayinə və müalicəsini həyata keçirən həkimlərin təcrübəli psixoloqlarla əməkdaşlığı bu sahədə mövcud problemlərin həllinə güclü təkan verə bilər.
Ölkəmizdə ailə həkimi institutunun təşəkkül tapması, əhaliyə tibbi xidmətin yeni formada təzahür etməsi həssas əhali qruplarının, o cümlədən ahıl və tənha insanların sağlam həyat tərzinin təmin edilməsi istiqamətində atılan hər bir addıma məqsədyönlü və kompleks şəkildə yanaşmanı tələb edir. Ümid edirik ki, ölkəmizdə tibbi sığortanın tətbiqi, ailə həkimi institutunun formalaşması kimi yeniliklər yaşlı insanların sağlamlığının qorunması, onlara yüksək səviyyədə psixoloji yardım göstərilməsi ilə bağlı xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək, psixoloji mərkəzlərin və ahıllara xidmət göstərən mütəxəssislərin ixtisaslaşmasına, son nəticədə “ailə psixoloqu” anlayışının gerçəkləşməsinə şərait yaradacaqdır.
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
Baxış sayı: 991
Bölməyə aid digər xəbərlər

Dünən, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib
30-08-2026, 17:51
Peskov yeni Volqa alacağını etiraf etdi
30-08-2026, 17:10
Moskvanın mərkəzinə yağış yağacaq