Bütün xəbərlər
Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksdə imtahanlar keçirildi
Tarix: 15-06-2021 13:55 | Bölmə: Sosial

                     Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksdə imtahanlar keçirildi


Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-13-də Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirilib.
“Qafqazinfo” xəbər verir ki, imtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunub.
İmtahanlarda ümumilikdə 413 şagird iştirak edib.
İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılıb.
Növbəti imtahanın noyabr ayı ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, DİM-lə Kompleks arasında əldə edilmiş razılığa əsasən, Mərkəz tərəfindən 2021-ci il ərzində məktəbin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçiriləcək.
Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirilməlidir.
İmtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunur.


Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər