Bütün xəbərlər
Firudin Qurbanov ARTİ-nin rəhbər heyəti ilə görüşdü - Fotolar
Tarix: 14-06-2021 21:37 | Bölmə: Sosial

                     Firudin Qurbanov ARTİ-nin rəhbər heyəti ilə görüşdü


Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) gəlib, institutun inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub. 
“Qafqazinfo”ya verilən məlumata görə, daha sonra ARTİ-nin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən Firudin Qurbanov ARTİ-nin Azərbaycanın təhsil sahəsi və təhsilin inkişafındakı mühüm rolunu vurğulayıb. 
Elmi tədqiqatların təhsilin məzmununda əhəmiyyəti, təhsil müəssisələrində ehtiyac duyulan tədqiqat mövzuları, yeni metodik vəsaitlər, müəllimlərin peşəkar inkişafı, təhsilin məzmununun bacarıq əsaslı təhsilə uyğunlaşdırılması, tədris resurslarının yenilənməsi, beynəlxalq və milli qiymətləndirmələrin təhlili kimi vacib məqamların ARTİ-nin əsas fəaliyyət istiqamətlərindən olduğu qeyd olunub. 
Son dövrlərdə tədqiqatların strukturunun dəyişməsilə təhsildə innovativ metodların tətbiqi və gələcəyə yönəlik peşələrin önə çıxması ARTİ-nin fəaliyyət istiqamətlərini genişləndirməyi zəruri edir. 
4-cü sənaye inqilabından danışan Firudin Qurbanov qeyd edib ki, indiki dövr süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə səciyyələnir. Covid-19 pandemiyası kimi təhdidlərin təhsil sisteminə təsirindən danışan nazir müavini bildirib ki, indiki şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənc mütəxəssislərin formalaşdırılması prioritet təşkil edir. 
Ölkənin təhsil müəssisələrində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mədəni-intellektual tədbirlərə, idman yarışlarına cəlb olunmasının xüsusi vacibliyini vurğulayıb. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq tövsiyələrini ARTİ-nin əməkdaşları ilə bölüşüb.







Baxış sayı: 349


Bölməyə aid digər xəbərlər