Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi
Tarix: 11-06-2021 02:51 | Bölmə: Sosial

                  Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi


Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.
Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.
Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.
Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.
R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib.
Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.
Pilotun iki oğul övladı yadigar qalıb.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər