Bütün xəbərlər
30 yaşlı gənc nazirliyin aparat rəhbəri təyin edildi
Tarix: 09-06-2021 23:33 | Bölmə: Sosial

                     30 yaşlı gənc nazirliyin aparat rəhbəri təyin edildi


Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, o, bundan əvvəl Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
H.Həsənli daha öncə Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrini icra edib.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində isə 2020-ci ilin iyul ayından başlayaraq çalışırdı.
İngilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.



Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu