16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
“OĞLUM ŞƏHİD OLDUĞUNU MƏNƏ YUXUDA XƏBƏR VERDİ”...Təranə Arifqızı
Tarix: 05-06-2021 01:55 | Bölmə: Sosial

Dahilərdən birinin belə bir fikrini xatırlayıram: -“İşğala uğrayan Vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!” Bəli, qan tökülməzsə, azadlıq tumu göyərməz. Azərbaycan xalqının da qanı töküldü, vətən, torpaq, azadlıq uğruna minlərlə can qurban verdi. Qırx dörd günlük Vətən

müharibəsi zəfər sevinci ilə bərabər qəhrəman oğulların əbədiyyətə qovuşmasına da şahidlik etdi.
Müqəddəs torpağım dinim, kitabım,
Hər səhifəsi nəfəs alan canımdır.
Hər sətiri qızıl qanlı tarıxim,
Mürəkkəbi igid-igid qanımdır.
Bəzən müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış videolar qarşıma çıxır. Onlar bəlkə də həmin an hər şeyi gözə alaraq özlərini əbədi olaraq yaddaşa saldıqlarından xəbərsiz idilər. Komandirinmi, ya əsgər

yoldaşlarınınmı -“Kəlmeyi-şəhadətinizi deyin, minin maşına”- sözlərini gülə-gülə qarşılayıb, mobil telefonun ekranına baxaraq sevdiklərinə əl edərək əbədiyyətə yollanan oğullar...Çıxdıqları yolun sonunun nə olacağını bilmədən yumruqlarını düyünləyərək, - Hər şey vətən üçün! - deyən oğullar...Sizin haqqınız Tanrı haqqıdı, ömür boyu ödənməz.
Bir Tanrı haqqını boynuma qoyub,
Özü Tanrı yolu gedən şəhidim.
Bir övuc torpağın gözündən öpüb,
Düşmənin gözünü didən şəhidim...
Əbədiyyətdəki əziz ünvanlarımızı soraqlarkən bir şəhidimizin anası ilə rastlaşdım. Üzünün sevinci, saçının qarası, gözlərinin nuru aman-zaman yeganə oğlu ilə getsə də, baxışlarında bir qürur, əyilməzlik vardı. Onu həyatda tutan da elə oğlunun ŞƏHİD adı idi.

Əsl adını, Şəhid adını ona Tanrı verdi. Amma ata-anasının ona verdiyi ad Emin idi. Şəhidimiz Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz kəndində anadan olub. Ailə vəziyyəti ilə əlaqədar uşaq ikən Naxçıvan şəhərinə köçüblər. 2004-cü

ildə Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 -nömrəli tam orta məktəbin birinci sinfinə gedib və səkkizinci sinfi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi liseyə qəbul olur və üç il burada təhsil alır.2015-ci ildə Naxçıvandan Bakıya gedir, hərbin sirlərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2019-cu ildə Azərbaycan Ali Hərbi Məktəbindən məzun olan Emin Qazax rayonuna təyinat alır.

İkinci Qarabağ Savaşı başlayanda leytenant qardaşımız Füzuli istiqamətində döyüşlərə qoşulur. Döyüş yoldaşları, onunla bir bölükdə xidmət edən Cavanşir, Habil və digərləri ilə birlikdə hər zaman ön cəbhədə olur. Erməni vəhşilərinə qan uddurur. Onun qeyri-adi cəsurluğu, gözüaçıqlığı hər kəsi heyrətləndirir.

Anası Gülşad xanım: Emin oktyabrın 11-də zəng vurdu ki, Füzuliyə gəlmişik. Ancaq döyüşdə olduğunu demədi. Zəng vurduqca deyirdi, ana, səsin niyə titrəyir? Mən çox uzaqdayam, qabaqda deyiləm. Ön cəbhədə imiş balam ..Mənə demirdi ki, ürəyim sıxılar, narahat olaram. Oktyabrın 26- sı saat onun yarısı vurduğu zəng son zəngi oldu. Telefonda səsin eşitdim, ağladım. Ağlama, ana, dedi. Hər şey yaxşıdı. Elə həmin gün vurulub. Gecə saat 11- də neytral zonadan çıxarıblar.

Döyüş yoldaşı Cavanşirin dedikləri: Emin çox cəsarətli oğlan idi. Adi vaxtda sakit təbiətli, təmkinli olan Emin döyüş vaxtı tamam dəyişirdi. Od-alov olurdu. Döyüş yoldaşlarına hər zaman örnək olan igid dostumuz növbəti döyüş zamanı bölük komandirimizlə birlikdə düşmənin namərd gülləsinə tuş gəldi. Biz onları -həm Emini, həm də bölük komandiri Raufu döyüş bölgəsindən kənarlaşdırdıq. Güllələrin yağış kimi yaşmasına baxmayaraq, sanki Allah-təala fürsət verdi ki, onları sağ-salamat ordan çıxardıq. Biz hər zaman çalışırdıq ki, şəhid qardaşlarımızı döyüş bölgəsində qoymayaq. Onların mənfur düşmənin əlinə keçməsinə imkan vermirdik. Biz Emin kimi oğulların haqqını ödəyə bilmərik. Bütün şəhidlərimizin ruhu şad olsun, deyirəm.

Anası Gülşad xanım: Mən Şəhid Anasıyam. Bir şəhid Anası olmaq mənə həm qürür verir, həm də kədər. Qürur verir ona görə ki, mənim oğlum ən ali zirvəyə ucaldı. Kədərlidi ona görə ki, mən daha bir də oğlumu bağrıma basa və onun qoxusunu ala bilməyəcəm. Oğlum hər zaman- Ana, sən çox güclüsən. Belə güclü olmağı, belə ayaqda durmağı necə bacarırsan?- deyirdi. İndi oğlum məndən qat -qat güclüdü artıq. Mən oğlumu tək başıma, atasız böyütdüm. O mənsiz yaşaya bilməyəcəyini deyirdi. Bəs indi mən onsuz necə yaşayım? Söz vermişdi mənə, nə olsa, ilk o deyəcəkdi. Nəsə səhv edibsə, həyatında nəsə baş veribsə... O, sözünü tutdu. Şəhid olmaq xəbərini belə

başqasından almağıma icazə vermədi. Yuxuma gəldi və bu xəbəri mənə özü verdi:-“Ana, mənim ürəyimdən bir güllə dəyib, yaram çox deyil, narahat olma”. Oğlum çox əziyyətli günlər yaşadı, ancaq sonunda ən gözəl ölümlə getdi. Mən oğlumla fəxr edirəm. Mən oğul böyütdüm. Böyütdüm ki, bu milləti qorusun. Böyütdüm ki, bu millətə layiq olsun. O da bunu çox yaxşı bacardı . Bu gün mən -Vətən sağ olsun!- deyirəm. Təbii ki, istərdim vətənlə birgə oğlum da sağ olsun. Mən bir oğul itirdim, amma yüzlərlə, hətta minlərlə oğul qazandım özümə. Allah bütün övladları qorusun. İndi bu torpağın üstündə dinc, rahat yaşayırıqsa, bunu Şəhid övladladlarımıza borcluyuq. Allah mənim oğlumla birgə bütün Şəhidlərimizə rəhmət etsin . Şəhidlər ölməzdilər . Mənimsə Ana olaraq bir diləyim var. O da tezliklə övladıma qovuşmaq. Bəzən fikirləşirəm ki, qəhrəmanlar anadan qəhrəman doqulmur. Onlarin yaşadıqları, cəkdiyi əziyyətlər onlari elə ürəkli olmağa aparır. Ölümə bilə -bilə getmək, düşmənin üzərinə

qorxmadan irəliləmək və düşməndən qorxmayıb kürəyindən yox, ürəyindən yaralanmaq böyük qəhrəmanlıqdı. Bəli, mən bu gün oğlumla fəxr edirəm, qürür duyuram. Onu da bilirəm ki, bir də balamı bağrıma baca bilməyəcəyəm, qoxusunu almayacağam. Buna rəğmən, yenə də balamla fəxr edirəm. Anasının arzularını hecə saydı, Vətəni, Dövləti, Bayraqı, Torpağı secdi balam. Fəxr eləyirəm, bəli! Bütün şəhid balaları mənım balamdı. Şəhidlərin, Qazilərin, Müzəffər ordumuzun hesabına biz qalib gəldik. Alnımızın ləkəsini onlar qəhrəmanlıqları, al qanlarıyla sildilər”.

Bu sözləri ancaq ürəyi dağ boyda olan Azərbaycan qadını söyləyə bilər. Gülşad ananın bu sözlərini dinlədikcə gözüm önünə bu ana-balanın Tanrı dərgahında son söhbəti canlanırdı:
Ana –
Yollar eşmə-eşmədi,
Ürək deşmə-deşmədi.
Oğlum, Vətəni seçdin,
Sən ananı seçmədin.
Oğul –
Apardı bu yol məni,
Bük bayrağa, al məni.
Ana, ana torpağa
Özün yola sal məni.
Ana –
Dağlar dumandı, dedin,
Halı yamandı dedin.
Bağışla məni, ana,
Vətən anamdı dedin.
Oğul –
Sən şəhid anasısan,
Çətindi, deyil asan.
Sən özünü mənim yox,
Vətənin anası san!
Ana-
Dinim-imanım oğul,
Andım, gümanım oğul!
Təki vətən sağ olsun,
Bitsin amanım, oğul!
Oğul-
Azaddı daşım, ana.
Ucadı başın, ana,
Sənə oğul olacaq
Əsgər qardaşım, ana!
Bu gün şəhid anaları Gülşad ananın sözüylə desək, bir oğul itirsələr də, onları gözü üstə saxlayacaq, qarşısında diz çökəcək minlərlə qəhrəman əsgər oğul qazanıblar. Mən Eminin döyüş yoldaşlarının Gülşad xanıma ünvanladıqları sözləri dinlədikcə buna bir daha əmin oldum.
Bəli, müharibə başlanandan bir ay sonra, 26 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı, Seyidəhmədli kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı Emin. 30 oktyabr 2020-ci ildə Naxçıvana gətirildi, şəhidimizi bütün el qarşıladı, doğulduğu Şahbuz kənd məzarlığında torpağa tapşırıldı.

Vətən igid oğullarını heç zaman unutmayacaq, onlara layiq olduqları dəyər verilib, verilir və veriləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş leytenant Sadiqov Emin Rəşadət oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Kəlbəcərdə azad olunmasında iştirak etdiyi hərbi postlardan biri bu gün Emin Sadiqovun adını daşıyır.
Bayrağımı qaya üstə, dağ başında
Zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,
türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
Qürur dolu avazımla
azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
gətirmişəm, Vətən sənə!
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
gətirmişəm, Vətən sənə!
Qəhrəmanım, sənin bizə hədiyyən daha böyük, daha qiymətli oldu. Vətənə layiq oğul olub,səni canından artıq sevən anaya Şəhid Anası adı qazandırdın. Ruhun şad olsun, qəhrəman Şəhidim! Vətən torpağı beşiyin, azadlıq nəğməmiz laylan olsun, nurüzlüm!
Təranə Arifqızı,
Şair-publisist
Sabaha-inamla.az
Baxış sayı: 1 071
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib