Bütün xəbərlər
Səmayə Məmmədova vəzifəsindən getdi - Yenilənib
Tarix: 03-06-2021 01:59 | Bölmə: Sosial

                   Səmayə Məmmədova vəzifəsindən getdi


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb. 
Rəhbərlik onun ərizəsini qəbul edib. S.Məmmədovanı bu postda Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyevin əvəzləyəcəyi bildirilir.
Bu barədə ilk xəbəri matc.az saytı yayıb. 
Qeyd edək ki, o, 2007-ci ildən Gənclər və İdman Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Xatırladaq ki, aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Səmayə Məmmədova da Azad Rəhimovun gənclər və idman naziri vəzifəsinə təyin olunmasından sonra orada çalışmağa başlamışdı.  
***
Səmayə Məmmədova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, öz istəyi ilə nazirlikdən ayrılıb: “Mayın 21-dən öz istəyimlə14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən  ayrılmışam.  Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq  nazirim Azad Rəhimov mənim  mənəvi atam, dostum, qardaşım, böyük məktəbim,  həyatım boyu  haqqında qürurla danışacağım doğmam oldu”.



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu