Bütün xəbərlər
Nazirlik araşdırma apardı, şöbə müdiri işdən çıxarıldı
Tarix: 01-06-2021 01:27 | Bölmə: Sosial

                  Nazirlik araşdırma apardı, şöbə müdiri işdən çıxarıldı


Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.
"Qafqazinfo"nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.
Nazirliyin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu