22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Azərbaycanın daha iki idmançısına yüksək rütbə verildi - FOTO
Tarix: 31-05-2021 17:39 | Bölmə: Sosial

                      


Azərbaycanlı idmançıların hərbi rütbələri artırılıb. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən cüdoçu Rüstəm Orucov və karateçi Fəridə Abıyevanın rütbələri artırılıb. Rüstəm Orucova baş leytenant, Fəridə Abıyevaya isə kapitan rütbəsi verilib. Onların hər ikisinə Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən rütbələr təqdim olunub. Qeyd edək ki, mayın 24-də digər cüdoçumuz Nicat Şıxəlizadəyə DSX-nın mayor rütbəsi verilmişdi.



Baxış sayı: 790


Bölməyə aid digər xəbərlər