20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
Prezident İlham Əliyev Ağdamın bərpası prosesin başlatdı, önəmli mesajlar verdi
Tarix: 31-05-2021 15:49 | Bölmə: Sosial
1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldular. 44 günlük Vətən Müharibəsi nəticəsində digər rayonlarımızla yanaşı Ağdam rayonunun işğal altında olan əraziləri də düşmən tapdağından azad olundu.
Düşmən ötən illər ərzində digər ərazilərdə olduğu kimi Ağdam rayonunda da bütün maddi sərvətlərimizi məqsədyönlü şəkildə dağıdıb, talan edib. Tarixi-dini abidələrimiz sökülüb. Ağdamın hər qarışında erməni vandalizminin izləri qalıb.
Ağdam rayonunun inkişafı, burada yaşayan insanların həyat səviyyəsinin yüksəldilməsi ötən dövr ərzində daima Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Ölkə başçısı 2006-2018-ci illərdə ümumilikdə rayon ərazisinə 8 dəfə səfər edib. Hər bir səfər rayonun inkişafı üçün əlamətdar hadisələrlə yadda qalıb.
Ötən dövr ərzində məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Ağdam rayonu ərazisində yeni qəsəbələr salındı, sosial obyektlər tikildi, infrastruktur yaradıldı. Ölkə başçısı Ağdam rayonuna hər səfərində işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı arzularını dilə gətirirdi. Prezident İlham Əliyev tarixi qələbəmizdən öncə 2018-ci ildə Ağdam rayonunda Muğam Mərkəzinin açılışında incəsənət xadimləri ilə görüşü zamanı bildirmişdir ki, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Prezident İlham Əliyevin Muğam Mərkəzinin açılışındakı çıxışından sitat: “Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır”.
Bu gün bütün Azərbaycan xalqı sevinir ki, o gün gəldi. Ağdam rayonu işğaldan azad olunub və bu gün bərpa prosesinə start verilib.
Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpası prosesinə start vermək məqsədi ilə buraya səfəri tarixi hadisə kimi illər sonra da xatırlanacaq. Bu səfər çərçivəsində mühüm layihələrin təməli qoyuldu.
Ölkə başçısının səfəri çərçivəsində Ağdam şəhəri üçün çox önəmli olan və 140 illik tarixi olan 1 saylı məktəbin, ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu. Şəhər ərazisində böyük meşə sahəsinin təməli qoyuldu ki, bu böyük meşə zolağının ümumi ərazisi 125 hektar olacaq. O da məlum oldu ki, Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Vurğulandı ki, bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Eləcə də Ağdam şəhəri.

Prezident İlham Əliyev məhz Respublika Günündə Ağdam şəhərinin Baş Planını Ağdam rayonunun tanınmış şəxsləri ilə birgə təsdiq etdi. Ölkə başçısı bu tarixi günə nəzər salaraq qeyd etdi ki, bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür: “Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.
“Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır”
Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı geniş və əhatəli çıxış etdi. Dövlət başçısı çıxışında bir çox məsələlərə nəzər yetirdi, çox önəmli mesajlar verdi.
Ölkə başçısı bildirdi ki, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Prezident vurğuladı ki, qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi: “Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır”.
Azərbaycanın müharibə dövründə özünü məsuliyyətli ölkə kimi apardığına diqqət çəkən ölkə başçısı bildirdi ki, biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik: “Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik”
Prezident Ağdam şəhərində bəyan etdi ki, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.
Ermənistanın düşdüyü rüsvayçı duruma nəzər yetirən Prezident İlham Əliyev bildirdi ki, 30 il ərzində ermənilər dövlət qura bilmədilər: “Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi”.
Ermənistanın düşdüyü rəzil durumu son günlər Ermənistan ordusu tərəfindən törədilmiş təxribat zamanı bir daha gördük. Növbəti dəfə onlar biabır oldular.
Prezident İlham Əliyev bu hadisəyə diqqət yetirərək Naxcıvanda səsləndirdiyi fikirləri bir daha Ağdam şəhərində xatırlatdı: “Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik”
Prezident İlham Əliyevin açıqladığı çox önəmli məsələlərdən biri də Ağdam istiqamətində həyata keçirilən hərbi strategiya ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki, Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik: “ Biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.
Ermənistan tərəfi bunu başa düşərək ağ bayraq qaldırmağa məcbur oldu, Azərbaycanın qarşısında diz çökdü. Otuz il bizə meydan oxuyan,, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən qabağımızda diz çökdü, təslim oldu və nəhayət kapitulyasiya aktına imza atdı.
Bu gün ölkəmizin 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycanın həyata keçirdiyi yeniliklər öyrənilir. Ölkə başçısı bir daha ordumuzun şücaətini, qəhrəmanlığını xatırladı və xüsusi olaraq vurğuladı ki, biz bu müharibəni, bu Qələbəni qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq: “İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”.
Bəli, işğaldan azad olunan bütün kəndlərimiz, şəhərlərimiz bərpa olunacaq. Düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş tarixi ərazilərimiz ən müasir səviyyətə yenidən qurulacaq. Azərbaycan xalqı keçdiyimiz bu şanlı tarixi, bu torpaqlara bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabitini heç zaman unutmayacaq. Onlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Ağdamda yaradılacaq Zəfər muzeyi də məhz tariximizi, ordumuzun qüdrətini gələcək nəsillərə çatdırmağa xidmət edəcək.
Anar Qasımlı,
Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri
Baxış sayı: 452
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi