Bütün xəbərlər
Xəstəxana rəhbəri əlilliyin təyinatındakı səhvlərinə görə işdən çıxarıldı
Tarix: 22-05-2021 12:25 | Bölmə: Sosial

                  Xəstəxana rəhbəri əlilliyin təyinatındakı səhvlərinə görə işdən çıxarıldı


Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibbi müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib və tabeliyində olan işçilərin funskiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etməyib.
TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.
Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.
***
Füzuli Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, hazırda direktorun səlahiyyətlərini müavini Aygün Nağıyeva icra edir.



Baxış sayı: 492


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu