Bütün xəbərlər
“Qiymət artımı əhaliyə ayda 34 milyon zərər vurur”
Tarix: 21-05-2021 12:26 | Bölmə: Sosial

                   “Qiymət artımı əhaliyə ayda 34 milyon zərər vurur”


Milli Məclisin deputatı Əli Məsimli qiymətlərin bahalaşmasına münasibət bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, millət vəkili bildirib ki, burada əsas amil bazar iqtisadiyyatında tələb və təklif şərtidir.
“Azərbaycanda əhalinin gəlirləri aşağı düşüb. Postsovet məkanında qiymətlər 2 faizin altında qalxıb. Bizdə isə inflyasiya 4 faizin üzərindədir. Bu istiqamətdə aidiyyəti oqranlar işini gücləndirməlidir. Bir sıra marketlər süni qiymət artımının mənbəyinə çevrilib. Bu da əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinə uyğun deyil. Qiymətlərin, hətta 1 faiz artırılması əhaliyə ayda 34 milyon, ildə isə 400 milyon manat zərər vurur”, - deyə Ə. Məsimli qeyd edib.



Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu