Bütün xəbərlər
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Tarix: 19-05-2021 00:44 | Bölmə: Sosial


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti, Professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları dərc edilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, topluda hər iki ölkəni təmsil edən konfrans iştirakçılarının 14 məqaləsi və çıxışları yer alıb. Kitabda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun, Kırıkkale Universitetinin rektoru, professor Erslan Aslanın, professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun sədri Mecit Çetinkayanın, həmçinin Aİİ-nin əməkdaşları – Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikovun, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyevin və digər elm adamlarının məqalələri, çıxışları dərc olunub.
Qeyd edək ki, hər iki ölkədən konfransa qatılan məruzəçilər müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələri araşdırıb, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqat işləri ilə bağlı çıxışlar ediblər.
Topluda yalnız elmi məqalələr deyil, həmçinin konfrans zamanı baş tutmuş çıxışlar da yer alıb.





Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu