Bütün xəbərlər
Naxçıvan tərəqqi yolunda
Tarix: 17-05-2021 15:42 | Bölmə: Sosial

                               

Möhtərəm Prezidentimiz İlham Əliyevin  10 may 2021-ci il tarixində  Naxçıvan  MR-na  səfəri çox böyük  əhəmiyyətə malikdir.Vətən müharibəsindən qalib çıxan və  Naxçıvanda  düşmənlərə  tutarlı  mesajların verilməsi yaxın zamanlarda  vətənimizin  inkişafına  təkan  verəcək,layihələrin  tezləşməsinə  bir  işarə idi.

Naxçıvan  MR-ın  coğrafi  mövqeyi  elə  bir  mövqeyə malikdir ki,orada daim inkişafdan danışmaq  olar .MR-ın ərazisinin  infrastruktur quruluşu müstəqillik illərində  demək olar ki ,tam olaraq   yenidən qurulub. 

MR-ın  kənd  təsərrüfatı  Süni  Mayalanma  mərkəzinin  yaradılması,yeni daha məhsuldar  heyvan  cinslərinin  yetişdirilməsinə  və  ət –süd  məhsullarının  artmasına səbəb  olacaq.

Bu da öz  növbəsində  Naxçıvanın  öz kənd  təsərrüfatının öz  məhsulları  ilə  təminatıdır. 

Turizm  imkanlarının  dünyaya  çatdırmaq  istər  yerli  istərsə də  xarici  vətəndaşların  ora  cəlb  edilməsi  dövrün  yeni  maliyyə  imkanlarının  çoxalması deməkdir.Azərbaycan  ordusunun  vətən  müharibəsində  düşməndən  işğal edilmiş  torpaqların  azad  edilməsi  hər  bir  vətəndaşın  sevinci oldu .Bu sevincə  Naxçıvanın da qəhrəman  övladları  qanı  bahasına, canı bahasına  sevinc  qatdı.Şəhid  olmuş  bütün qəhrəman  övladların  ruhu  şad  olsun!Zəngəzur  dəhlizinin  açılması  yaxın zamanlarda  tam  reallaşmasına  əminik.Naxçıvanla  quru  yolun  qurulması həm  MR-ın  əhatədən çıxaraq   birbaşa   Azərbaycanla  əlaqəsi nəinki  Naxçıvan  bütün  regionun  inkişafına  səbəb olacaq həm də regionda  böyük   layihələrin   həyata  keçirilməsinə  bir  dayaqdır.        Möhtərəm  Prezidentimizin  apardığı  siyasət  nəticəsində  xalqımızın  daha  da  yaxşı  yaşayacağına   tam olaraq   inanırıq. Dövlətimizin  hərbi gücünün  artırılması  və inkişaf   etdirilməsi  xüsusən  də    Prezidentimizin  təbiriycə desək  Dəmir  Yumruğu  daim  möhkəm  saxlamalıyıq.Bu yolda  xalqımıza  və möhtərəm  prezidentimizə uğurlar  arzulayırıq.


Subhan Şiriyev,
Ərkivan Qəsəbəsi


Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər