Bütün xəbərlər
İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar
Tarix: 13-05-2021 14:05 | Bölmə: Sosial

                      İcra başçısı şəhid ailəsini ziyarət etdi


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı müqəddəs Ramazan ayında Aşağı Güzdək qəsəbəsində şəhid Məcidov Səbuhi Ağalətif oğlunun yaşamış olduğu evə gedib.
“Qafqazinfo” xəbər verir ki, İ.Gülməmmədova şəhidin şəkilləri və şəxsi əşyaları olan otağa baxıb.
Səbuhinin qısa həyat yolu ilə yaxından tanış olub. Sonra şəhidin valideynləri və yaxın qohumları ilə görüşüb söhbət edib. Onların qayğı və  ehtiyacları ilə maraqlanıb.
Abşeron rayonunda şəhidlərimizin hər birinin adının küçələrə verilərək əbədiləşdirildiyini qeyd edən başçı həmin küçələrdə adlıq – quruculuq işlərinin aparılığını söyləyib.
Şəhidin atası Ağalətif Məcidov dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldığını bildirərək özünün də müharibə iştirakçısı oluğunu, lakin şəhidlik zirvəsinin oğluna nəsib olduğunu diqqətə çatdırıb.
Oğlu Səbuhinin də adının küçəyə veriliyini və qəsəbədə parkın salınığını bildirən A.Məcidov “Bu parkda və eləcə də, bələdiyyə binasının qarşısında oğlumun gül-çiçəyə qərq olunmuş şəklini görəndə qürurlanıram. Düşünürəm ki, oğlum vətənin müdafiəsi uğrunda şəhid olub. Başımızı uca edib” – deyə nitqinə əlavə edib.






Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər