Bütün xəbərlər
Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO
Tarix: 12-05-2021 13:28 | Bölmə: Sosial

    Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO

                     
29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə "Report"a Bakı Media Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisi Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da 
İctimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.


Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər