Bütün xəbərlər
Gürcüstanda 150-dən çox ailəyə Ramazan sovqatı paylanılıb
Tarix: 12-05-2021 04:09 | Bölmə: Sosial


Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) müqəddəs Ramazan bayramı münasibətilə bu ölkədə yaşayan soydaşlarımıza ərzaq yardımı kampaniyası təşkil edib.
AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov AZƏRTAC-a bildirib ki, hər il olduğu kimi, bu ildə Ramazan bayramı ərəfəsində təşkilata üzv və tərəfdaş şirkətlərin iştirakı ilə yardım kampaniyası keçirilib.
Aksiya çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) vasitəçiliyi ilə Tbilisi şəhəri, Marneuli və Qardabani rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.





Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər