Bütün xəbərlər
Türkiyəli səfir Qubada - Fotolar
Tarix: 11-05-2021 04:19 | Bölmə: Sosial

                    Türkiyəli səfir Qubada



Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.
“Qafqazinfo” xəbər verir ki, səfir bununla bağlı sosial şəbəkə hesabında fotolar paylaşıb.
“Azərbaycanın alma, gilas, üzümü ilə məşhur olan Quba rayonundayıq”.




Səfir Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.
“1918-ci ildə 2000-dən çoox insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kütləvi məzarlar 2007-ci ildə Quba şəhərində tapıldı. Eynilə Vandakı Zeve kəndi kimi”, - səfir qeyd edib.



Soyqırımı memorialını ziyarət edən C.Bağcı şəhidlərin məzarını ziyarət etməyi də unutmayıb:
“Quba şəhərində şəhidlərimizə salam verdik, fatihə oxuduq. Bizi qarşılayan balalarla tanış olduq və bayramlarını təbrik etdik”.




Səfir Quba məscidini də ziyarət edib:
“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb”.





Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu