Bütün xəbərlər
Malik Həsənov seçicilərlə görüşüb - Fotolar
Tarix: 09-05-2021 01:53 | Bölmə: Sosial

                   Malik Həsənov seçicilərlə görüşüb


Milli Məclisin deputatı Malik Həsənov pandemiya qaydaları çərçivəsində seçicilərlə ənənəvi görüş keçirib.
"Qafqazinfo" xəbər verir ki, qəbulda iştirak edən  seçicilərin bir qismi şəhid və qazi ailələri olub. Milli Məclisin deputatı Malik Həsənov   dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından geniş bəhs edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin son Fərman və sərəncamları bu diqqətin bariz nümunəsidir.   
Görüşdə seçicilərin problemləri dinlənilib, müəyyən qismi elə ilk anında öz həllini tapıb. Digər məsələlərin həlli üçün  aidiyyatı qurumlar qarşısında müvafiq tapşırıqlar qoyulub.
Ümumilikdə qəbulda 46 seçici  iştirak edib.





Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər