Bütün xəbərlər
"Sumqayıt" klubu baş məşqçisi ilə danışıqlar aparır
Tarix: 07-05-2021 18:00 | Bölmə: Sosial

   Sumqayıt klubu baş məşqçisi ilə danışıqlar aparır

Ayxan Abbasov

"Mövsümün əvvəlində gec toplaşdıq, komandanı normal formalaşdıra bilmədik. Bütün səbəbləri göz önünə gətirərək, qarşımıza avrokuboklara çıxmaq məqsəd qoymamışdıq".
Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev "gənclik şəhəri" təmsilçisinin avrokuboklara vəsiqə şanslarını dəyərləndirərkən deyib.
O, ələ düşən imkandan maksimum yararlanmaq istədiklərini bildirib: "Komanda yaxşı oynayır, kubokun finalındayıq. Təbii ki, bu şansdan istifadə etmək, avrokuboklara getmək istəyirik".
Rəfiyev cari mövsümün sonunda klubla müqaviləsi başa çatacaq Ayxan Abbasovun məsələsinə də toxunub: "Ayxan müəllimlə yeni müqavilə barədə danışıqlar gedir. Düşünürəm ki, yaxın vaxtlarda razılaşacağıq".
Klub prezidentinin sözlərinə görə, yayda komandada yeni futbolçular olacaq. Amma Rəfiyev heyətdəki mümkün dəyişikliklərin "Sumqayıt"ın növbəti mövsümdəki çıxışına təsir etməyəcəyini vurğulayıb: "Komandamızda xeyli sayda futbolçunun müqaviləsi daha bir mövsümlük qüvvədədir. Düzdür, aralarında sözləşməsi başa çatanlar da var. Mövsüm başa çatdıqdan sonra həmin oyunçularla danışacağıq".
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 25 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb.


Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər